Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

26.01.2017 [09:43]

Yanvarın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin “Cihazqayırma” kafedrasında professor-məsləhətçi vəzifəsini tutan Nadir Fərzanəni 90 illik, AMEA-nın həqiqi üzvü, “Geofizika” kafedrasında professor-məsləhətçi vəzifəsini tutan Pərviz Məmədovu 80 illik və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasında professor-məsləhətçi vəzifəsində çalışan Çingiz İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.
İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-da 2016/2017-ci tədris ilində qış imtahan sessiyasının gedişatı barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.
Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov illik hesabat verərək fakültədə son bir ildə həyata keçirilən yenilikləri Şura üzvlərinin diqqətinə çatdırıb.
ADNSU rektorunun müşaviri Ziya Əliyev “ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat”ın genişləndirilmiş, detallaşdırılmış, düzəlişlər edilmiş yeni versiyasını təqdim edib.
Elmi Şuranın iclasında həmçinin 2016/2017-ci tədris ilində doktoranturaya qəbulun nəticələri və 2017/2018-ci tədris ili üçün qəbula hazırlıq və proqnozlar, “Gündəlik təcrübə” layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması və s. məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31