UNEC tələbələrindən Xocalıya həsr olunan tamaşa: “Əsirlikdə bir gün”
25.02.2017 [10:32]
UNEC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Flora Qasımova, UNEC-in rektoru, professor Ədalət Muradov, professor-müəllim heyəti, tələbə və valideynlər iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacı, tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri və fotolardan ibarət sərgi ilə tanış olub, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı “Əsirlikdə bir gün” tamaşasını izləyiblər. Tamaşa real hadisələr əsasında qurulub.
Sonra tamaşada iştirak edən tələbələrə, eyni zamanda, UNEC Yaradıcılıq Mərkəzinin üzvləri arasında Xocalı soyqırımına həsr edilən şeir, hekayə və rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Şeir müsabiqəsinin qalibi, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeirini səsləndirib.
Tədbir UNEC-in rəsmi “Facebook” səhifəsi ilə canlı yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin imzaladığı “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, UNEC-də fevralın 24-dən 26-dək “Xocalı həftəsi” elan edilib. “Xocalı həftəsi” çərçivəsində universitetin bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər təşkil edilib. Seminar və “dəyirmi masa”larda gəncləri sosial şəbəkədə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal olmağa səsləyiblər. Universitetdə və kollecdə tələbələrin əl işlərindən ibarət Xocalı faciəsini əks etdirən foto və rəsm sərgiləri keçirilib. Tələbələr arasında şeir, hekayə, rəsm müsabiqələri təşkil olunub. Universitetdəki bütün monitorlarda Azərbaycan və ingilis dillərində soyqırımla bağlı filmlər nümayiş etdirilib. Fevralın 24-də UNEC-də, universitetin Zaqatala filialı və Maliyyə İqtisad Kollecində birinci dərslər Xocalı soyqırımına həsr olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35

