Daşkəsən rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
17.03.2017 [10:07]
Novruz bayramına məxsus ənənələrin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Ötən gün Daşkəsən rayonunda bolluq rəmzi olan Novruz bayramı münasibətilə böyük təmtəraq və coşqu ilə müşayiət olunan möhtəşəm tədbir keçirilib. Daşkəsən rayonunun Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanında təxminən 10 mindən çox daşkəsənli bayram tədbirinə qatılıb.
Bayram şənliyində çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bütün Azərbaycan xalqını, o cümlədən daşkəsənliləri milli bayramımız - Novruz bayramı münasibətilə təbrik edib: “Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin paytaxtı və iri şəhərləri ilə yanaşı, ucqar rayonlarımız, kəndlərimiz öz inkişaf dövrünü yaşayır. Bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir”.
Ə.Abıyev əhalinin rifah halının da yaxşılaşdığını, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldiyini bildirib. Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da günü-gündən yüksələn inkişafın müşahidə edildiyini bildirən Ə.Abıyev möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Daşkəsən rayonunda elmi əsaslarla Yeni Daşkəsən layihəsi işlənib hazırlandığını, çoxsaylı dövlət proqramlarının dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən davamlı olaraq yerinə yetirildiyini bildirib: “Bizlər el bayramını əmin-amanlıq və bol ruzi ilə qeyd ediriksə, bu, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Novruz bayramı bizə babalarımızdan yadigar qalıb. Sovetlər dönəmində bu el bayramı gizli şəkildə evlərdə qeyd edilib. Müstəqillik qazanıldıqdan sonra dahi siyasi xadim Ulu öndər Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasının vaciblini önə çəkib. Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.
Ə.Abıyev onu da vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə Daşkəsəndə olarkən əhali ilə görüşündə çox böyük tarixi əhəmiyyətli fikirlər demişdir: “Rayonunuzun çox böyük imkanları və potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir, çox zəngindir. Əminəm ki, bu yol tikiləndən sonra burada turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Rayonun infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir. Daşkəsəndə tikinti-quruculuq, abadlıq işləri aparılır və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.
Novruz şənliyində həmçinin hazırlanmış bayram təamları, sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunub. Eyni zamanda, rayon pəhləvanlarının və idmançıların nümunəvi çıxışları nümayiş olunub, Novruz tonqalı qalanıb.
Daşkəsənin Heydər Əliyev Meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi musiqi və idmançıların müxtəlif idman nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilib.
Daha sonra bayram tədbiri cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib.
“N” saylı hərbi hissədə davam edən bayram şənliyində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər ön cəhbədə xidmət aparan Silahlı Qüvvələrimizin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik ediblər. Hərbçilər qarşısında çıxış edən Ə.Abıyev qeyd edib ki, Azərbaycanda istər Silahlı Qüvvələrin maddi-texniki təminatı, istərsə də peşəkar hazırlığı yüksək səviyyədədir. “Ötən ilin aprelində mənfur ermənilərlə qarşıdurmada Azərbaycan Ordusunun qüdrətini təkcə erməni işğalçıları deyil, bütün dünya gördü. Aprel döyüşləri Azərbaycan Ordusunun, hər bir əsgərimizin və zabitimizin torpaqlarımızı mənfur işğalçılardan azad etmək qüdrətində olduğunu bir daha nümayiş etdirdi. İndi Azərbaycan Ordusunun şəxsi heyətini NATO və digər beynəlxalq qurumların tərkibində ən ağır bölgələrdə görmək olar”, - deyən Ə.Abıyev Azərbaycan müdafiə xərclərinin Ermənistanın ümumi büdcəsindən çox olduğunu bildirib. “Silahlı Qüvvələrimizdə nizam-intizam yüksək səviyyədə təşkil olunub. Əsgər və zabitlərimizdə döyüş hazırlığı var. Sizləri buradan, ön cəhbədən salamlamaqdan qürur duyuram. Bu gün hər bir azərbaycanlının orduya diqqət və qayğı ilə yanaşması vətəndaşlıq borcudur”, - deyə Ə.Abıyev əlavə edib.
Bayram şənliyində iştirak edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun nümayəndələri Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək, onlara qələbələr arzulayıblar.
Sonra rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə və zabitlərə paylanılıb.
Bayram şənliyi rəngarəng musiqi nömrələri ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

