/ / Joao Mestre: Azərbaycan multikulturalizminə həsr olunmuş sənədli filmimlə dünyaya bu ölkənin ali dəyərlərini təqdim etməyi düşünürəm
Joao Mestre: Azərbaycan multikulturalizminə həsr olunmuş sənədli filmimlə dünyaya bu ölkənin ali dəyərlərini təqdim etməyi düşünürəm
29.03.2017 [09:57]
Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm İli” təqvim tarixi olaraq yekunlaşdı. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, 2016-cı il təqvim ili kimi yekunlaşsa da, dövlətimizin aparıcı siyasi xətlərindən olan və xalqımızın canında-qanında mövcud olan multikulturalizm enerjisi sayəsində gerçəkləşdiriləcək nailiyyətlər, həyata keçiriləcək layihələr hələ uzun illər davam edəcək.
Cənab Prezident tərəfindən multikulturalizmin təbliği və təşviqi istiqamətində müəyyənləşdirilən aydın hədəflərin gerçəkləşməsi və Azərbaycan multikulturalizmi modelini dünyada tanıtmaq istiqamətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “İslam Həmrəyliyi İli”ndə də “Multikulturalizm İli”ndəki templə səylərini davam etdirməyi nəzərdə tutur.
BBMM-in 2016-cı ildəki əhəmiyyətli layihələri sırasında yer alan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə yeni-yeni üzvlər qoşulur. Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. 200-dən artıq üzvü olan Birliyin ətrafına Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar toplaşıb. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər.
BBMM-in mətbuat xidməti www.youngfriends.az saytına istinadən sözügedən qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, bu yaxınlarda Birliyə üzv olmuş, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi Joao Mestrenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Joao Mestre: “Azərbaycan mənim üçün maraqlı ölkədir. Ona görə də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakım üçün fürsət yarananda çox sevindim. Qış məktəbi ərzində 18 ölkədən gəlmiş tələbələrlə canlı ünsiyyət imkanımın yaranması mənə yeni-yeni ideyalar verdi. Azərbaycanın zəngin maddi və mənəvi mədəniyyətinə, multikultural və tolerant əhvalına, füsunkar təbiətinə, dadlı mətbəxinə valeh oldum. Bunlarla ilgili hər bir detalı, hər bir təfərrüatı qış məktəbi boyu bizi müşayiət edən təşkilatçı heyətdən öyrənməyə çalışırdım. Çünki bu, mənə həm də Azərbaycan haqqında, Azərbaycanın multikulturalizm modeli ilə bağlı çəkdiyim sənədli tanıtım filmimin daha yaxşı alınması üçün vacib idi. Filmimin daha koloritli, daha keyfiyyətli alınması üçün həm Bakıda, həm də qış məktəbinin keçirildiyi qədim Şəki şəhərində, rayonun Kiş kəndində, Qaxdakı Kürmük Məbədində, Oğuzdakı sinaqoqlarda, Qəbələdəki Nic qəsəbəsində, oradakı Alban-Udi kilsəsində də çəkilişlər apardım. Eləcə də qış məktəbi ərzində dinlədiyimiz və təqdir etdiyim “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti”, “Qafqaz Albaniyasının tarixi və irsi”, “Azərbaycanda dini müxtəliflik”, “Dinlərarası dialoq” mühazirələri ilə bağlı kadrlar, eləcə də qış məktəbi iştirakçıları olaraq Azərbaycanın görkəmli akademiki və tanınmış yazıçısı Kamal Abdulla ilə yaddaqalan, səmimi görüşümüzdən fraqmentlər də çəkəcəyim filmdə yer alacaq.
Azərbaycan həm də turizm baxımından cəlbedici bir ölkədir. Filmimdə bununla bağlı nüanslar da öz əksini tapacaq. Bundan başqa, Azərbaycanın multikultural mühiti, burada çoxsaylı konfessiyaların dostcasına bir arada yaşaması məni çox təsirləndirdi. Məhz buna görə də Azərbaycandakı konfessiya rəhbərlərinin, səfər etdiyimiz yerlərdə ləzgi, yəhudi, udi etnik icma nümayəndələrinin fikirlərini də lentə almışam. Qış məktəbində iştirak edən İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Rumıniya, Polşa və İordaniyadan olan iştirakçıların da Azərbaycanla bağlı fikirləri, Azərbaycanın multikultralizm modeli ilə bağlı təəssüratlarını çəkməyi də unutmamışam. Bütün bunlar hamısı sənədli filmimdə ekranlaşdırılır. Film üzərində işlər yekunlaşmaq üzrədir, artıq montaj prosesindədir, subtitrlər yığılır. Filmi bir sıra beynəlxalq festivallara yollamağı planlaşdırmışam. Azərbaycan multikulturalizminə həsr olunmuş sənədli filmimlə bu ölkənin ali dəyərlərini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etməyi düşünürəm”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

