Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
18.11.2017 [00:17]
“Bildiyimiz kimi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu isə növbəti dəfə sübut edir ki, paytaxt Bakı, bütövlükdə isə müstəqil Azərbaycan Respublikası beynəlxalq tədbirlərin mərkəzi statusunu daşıyır. Belə ki, mövcud qərar, eyni zamanda, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu idman siyasətinin bariz göstəricisidir”.
Bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev UCI-nin qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi öz əhəmiyyəti ilə ona görə seçilir ki, yarışların keçiriləcəyi məkan - müstəqil Azərbaycan Respublikası öz sabitliyi, inkişafı və tərəqqisi ilə daim dünyanın diqqət mərkəzindədir: “Məhz ölkəmizin son illər ərzində artan iqtisadi-siyasi potensialı nəticəsində çoxsaylı beynəlxalq səviyyəli tədbirlər, eləcə də digər bir çox idman növləri üzrə dünya və Avropa çempionatları keçirilib. Bu baxımdan, “BMX Racing” növü üzrə dünya çempionatının da Bakı şəhərində keçirilməsi barədə verilmiş qərar Azərbaycanın istər dünyanın idman aləmində, istərsə də siyasi-iqtisadi sferalarda yerinin daha da möhkəmlənməsinə kifayət qədər stimul verir. Əlbəttə, bu kimi uğurları əldə etməyin təməlində Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət faktoru dayanır”.
Ekspert istər UCI-nin, istərsə də başqa beynəlxalq idman federasiya və ittifaqlarının davamlı olaraq ölkəmizdə böyük turnirlərin, dünya və Avropa çempionatlarının keçirilməsi üçün qərarlar qəbul etmələri ilə bağlı vurğulayıb ki, ölkəmiz yalnız idman yarışlarını qəbul etmək üçün deyil, digər sahələri əhatə edən və bütün resurslara, infrastrukturlara malik olan ölkə kimi də tanınmaqdadır: “Regionda və MDB məkanında olmaqla yanaşı, dünya səviyyəsində Azərbaycan liderlik yerini tutub və UCI-nin sözügedən qərarı da buna bariz sübutdur. Çünki bu yarışın keçirilməsi nüfuzlu Avropa ölkələrinin paytaxtlarında - Parisdə, Berlində, Madriddə, Praqada, Varşavada, Moskvada, yaxud digər paytaxtlarda da keçirilə bilərdi. Lakin Bakı bu paytaxtların hər birini geridə qoydu. Çünki Azərbaycanda mövcud olan siyasi sabitlik, davamlı inkişaf və s. faktorlar ölkəmizin qüdrətinin göstəricisidir. O cümlədən belə mötəbər tədbirlər ölkəmizdə turizm potensialının inkişafına öz töhfələrini verməkdədir. Ümumiyyətlə, keçirilən hər bir tədbir sözügedən amili daha da isbatlamış olur. Söz yox ki, bütün bunlar bizlər üçün, hər bir azərbaycanlı üçün sonsuz qürur və fərəh hissi doğurur və biz inanırıq ki, məhz ölkə başçımız, Prezident İlham Əliyev cənablarının müəyyən edərək həyata keçirdiyi mütərəqqi siyasət tandemi əldə etdiyimiz və edəcəyimiz uğurların davamlı xarakter alacağına kifayət qədər zəmin yaradır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

