/ / Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb
Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb
22.12.2017 [10:18]
Dekabrın 21-də Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.
Gənclər və idman naziri Azad Rəhimov forumun açılışında çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlıqlarını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həllinə xüsusi fikir verir. Nazir dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını xüsusi qeyd edib.
Gənclər və İdman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: “Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub”.
Nazir forumun işinə uğurlar arzulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycanda bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün yaradılan şərait barədə danışıb. O bildirib ki, bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hərtərəflidir. Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir.
Oleq Muraşov vurğulayıb ki, gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritetdir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.
Rusiya Gənclər və Uşaqlar Birliyinin sədri Qriqori Petruşkov vurğulayıb ki, zəngin adət-ənənələrə, ümumi dəyərlərə malik hər iki xalqı təmsil edən gənclərin bu dəyərləri bölüşmək üçün mütəmadi olaraq bir araya gəlmələri vacibdir.
Rusiya və Azərbaycan polietnik, çoxkonfessiyalı ölkələrdir. Azərbaycanda həmişə multikultural dəyərlərə xüsusi önəm verilib.
Bu fikri isə Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin dedi. O bildirib ki, Azərbaycan Rusiya üçün dost ölkədir və mühüm layihələrdən olan Gənclər Forumu bu dostluğa xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov respublikamızda aparılan uğurlu gənclər siyasətindən, Azərbaycan və Rusiya gənclərinin bütün sahələrdə qurduğu əməkdaşlıqdan və bu əməkdaşlığın faydalarından söhbət açıblar.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan və Rusiya arasında mövcud olan əlaqələrdən, gənclər sahəsində inkişafdan danışıblar.
Xatırladaq ki, builki forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.
Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

