Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
26.12.2017 [10:04]
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. 2017-ci ilin Azərbaycan mediasının böyük bayram sevinci yaşadığını vurğulayan icraçı direktor iyul ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün inşa edilmiş binada 255 jurnalistə mənzillərin verilməsini tarixi və əlamətdar hadisə kimi qiymətləndirib.
V.Səfərli jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları - iki binanın istifadəyə verilməsini və sayca üçüncü binanın təməlinin qoyulmasını dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. O, eyni zamanda, Fondun təşəbbüsü ilə bu il media rəhbərlərinin Naxçıvana və İstanbul şəhərlərinə səfərlərinin təşkil olunduğunu qeyd edib.
İcraçı direktor bildirib ki, Fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir. Çıxışını davam etdirən Vüqar Səfərli müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 153 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini qeyd edib.
İcraçı direktor Fondun Müşahidə Şurasının iclasında təsdiq edilmiş yekun nəticəyə əsasən 19 jurnalistin I, 38 media mənsubunun II, 57 jurnalistin isə III yerə layiq görüldüyünü bildirib. Ümumilikdə, müsabiqə iştirakçılarından 114 nəfərin mükafatçı olduğunu söyləyən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.
Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini deyən Müşahidə Şurasının sədri Əflatun Amaşov yazıların keyfiyyətinin ildən-ilə yüksəldiyini, vətənpərvərlik hissinin gücləndiyini diqqətə çatdırıb.
Fondun ekspertlərindən - Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.
Ekspertlər çıxışlarında yazılarda rast gəldikləri qüsurların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini bildiriblər.
Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.
Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha təbrik edərək onları Fondun keçirdiyi digər müsabiqələrdə də fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, qaliblər sırasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşları da var.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49

