/ / “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib
16.01.2018 [10:17]
Muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə bərabər, hərbi hissələrdə zabit və gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisindəki yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti yaşayış binasının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə sərhədçi ailələrini təbrik edərək deyib: “Ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət göstərilir, xidmətin təşkili üçün hərtərəfli şərait yaradılır. Bununla yanaşı, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Bütün bunlar da Azərbaycan dövlətinin orduya və zabit ailələrinə göstərdiyi qayğının, ordu quruculuğu sahəsində görülən işlərin nümunəsidir”.
Ali Məclisin Sədri deyib: “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və zastavalarda geniş quruculuq işləri aparılmış, müasir infrastruktur yaradılmışdır. Muxtar respublikada sərhəd xidməti təkmilləşdirilməklə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu gün istifadəyə verilən yaşayış binası Sovet dövründə tikildiyi üçün istismar müddətini başa vurmuşdu. Ona görə də binada yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdı. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına yaşayış binasında yenidənqurma işləri aparıldı, sərhədçi ailələri üçün müasir və təhlükəsiz yaşayış şəraiti yaradıldı. Yaradılan bu abadlığı qorumaq, təmizliyə və səliqə-sahmana diqqət yetirmək isə binada yaşayan ailələrin üzərin düşən vəzifədir”.
“Ölkəmizin sərhədlərini qoruyan zabit ailələri üçün yaradılan bu şərait, eyni zamanda, Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsidir”, - deyən Ali Məclisin Sədri bir daha sərhədçi ailələrini təbrik edib.
Sərhədçi ailələri adından minnətdarlıq edən Aytən Quliyeva deyib: “Muxtar respublikada aparılan geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib. Yaşadığımız hərbi şəhərcikdə hərtərəfli şərait yaradılıb. Bu gün müasir mənzillər sərhədçi ailələrinin istifadəsinə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir. Aytən Quliyeva doğum günü münasibətilə bütün sərhədçi ailələri adından Ali Məclisin Sədrinə təbriklərini çatdırıb”.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. 65 mənzilli və 6 girişdən ibarət olan binada elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənib, mənzillərin giriş qapıları və pəncərələri, eləcə də binanın giriş qapıları və dam örtüyü tamamilə dəyişdirilib, izolyasiya qatı verilib, pilləkənlər əsaslı təmir olunub. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadına travertin üzlük çəkilib.
Binanın həyətində də abadlıq işləri aparılıb, yeni park salınıb, uşaq əyləncə qurğuları istifadəyə verilib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki digər yaşayış binasında 2 zabit ailəsi mənzillə təmin olunub.
Ali Məclisin Sədrinə məlumat verilib ki, üç və dörd otaqlı mənzillərin hər ikisində əsaslı təmir işləri aparılıb, lazımi kommunal məişət şəraiti yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

