Eldar Novruzov: Biz “ABAD”ın dəstəyindən çox məmnunuq
31.01.2018 [10:03]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” layihəsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına, regional inkişafa böyük dəstək verir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “ABAD” layihəsinin imkanlarını qiymətləndirərək deyib: “Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ABAD”ın dəstəyindən yararlanan fermerlərdən biri də Balakən rayonunun Qullar kənd sakini Eldar Novruzovdur. O, uzun illər Bakıda yaşasa da, 20 il əvvəl kəndə qayıdıb, təsərrüfatla məşğul olmağa başlayıb. Novruzovlar ailəsi bir müddət sonra həyətlərində olan müxtəlif növ meyvələrdən cem və mürəbbə bişirməklə öz kiçik ailə biznesini yaradıb. Kustar üsulla hazırlanan bu məhsulların bir hissəsini yerli bazarda satışa çıxarıb, qalan hissəsini isə qohumlara, dost-tanışa veriblər.
Eldar Novruzov biznesini inkişaf etdirmək, istehsal potensialını genişləndirmək üçün “ABAD” layihəsindən faydalanmaq qərarına gəlib və bu məqsədlə Balakəndə fəaliyyətə başlayan “ABAD Mərkəzi”nə müraciət edib. İstehsalçının müraciəti “ABAD” tərəfindən müsbət qarşılanıb və ona zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteyner təqdim olunub.
“ABAD”la əməkdaşlıqdan məmnunluğunu ifadə edən Eldar Novruzov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Bir ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edirəm. Bizim üçün “4 fəsil” brendi yaradılıb. Artıq məhsullarımız ticarət şəbəkələrinə bu adla çıxarılır. Biz “ABAD”ın dəstəyindən çox məmnunuq. Hələlik 6 növ mürəbbə istehsal edirik. Gələcəkdə cem də istehsal etməyi planlaşdırırıq. İndiyədək satış üçün Bakı şəhərinə min bankaya yaxın mürəbbə göndərmişik. Bir o qədər də hazır məhsulumuz var. İnanıram ki, “ABAD”la əməkdaşlıq ailəmizin büdcəsinə daha çox gəlir gətirəcək”.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31

