Mirhəsən Seyidov: Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir
02.02.2018 [10:03]
“2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər Günü MDB məkanında, həmçinin Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis edildi və hər il bu tarix ölkəmizdə təntənəli şəkildə qeyd edilir”. Bunu “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
O qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir: “Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti özünün mükəmməlliyi ilə seçilir. Gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, bu sahə ilə bağlı Dövlət proqramlarının olmasını da qeyd etmək yerinə düşər. Gənclərlə bağlı digər sevindirici amil isə ucqar bölgələrdəki region gənclərinin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin də iştirakı ilə layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq. Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən biridir. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. Beynəlxalq arenada Azərbaycan bayrağının yüksəklikdə dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur”.
Azərbaycanda vətənpərvər, dövlətinə, bayrağına sadiq gənclərin yetişdiyini də bildirən Mirhəsən Seyidov “Biz aprel döyüşləri zamanı gəncliyimizin nə qədər vətənpərvər olmasının bir daha şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidentinin də dediyi kimi, təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə kimi könüllü gənclərin əməyi xüsusi vurğulanmalıdır”, - deyib.
“Bu il Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan Cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, gənc alimlərimiz bu yöndə daha məhsuldar işləməlidirlər. Bu il həm də Prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də Prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcək, ölkəmiz üçün digər mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar. Heç şübhəsiz ki, gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”, - deyə “İRƏLİ” sədri sonda əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

