“Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir keçirilib
05.04.2018 [10:28]
Aprelin 4-də Müdafiə və Təhsil nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir və ağacəkmə kampaniyası keçirib.
AZƏRTAC xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə təşkil olunan ağacəkmə kampaniyasına Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, Aprel döyüşləri şəhidlərinin və iştirakçılarının ailə üzvləri, şagirdlər, tələbə-könüllülər və KİV nümayəndələri qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə hərbi hissədə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların və Aprel döyüşləri şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hərbi hissənin klubunda keçirilən tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev deyib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun ən uğurlu döyüşlərindən biridir. R.Əliyev bildirib ki, ermənilər həmişə ordularının yenilməzliyi barədə mübaliğə ilə danışırdılar. Amma 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü göstərdi, Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Bu döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvə və texnikası məhv edildi. Aprel döyüşləri bir daha göstərdi ki, bu gün Ordumuz sürətlə inkişaf edir və onun hərbi qüdrəti durmadan artırılır. Azərbaycan Silahlı Qüvvələri düşməndən qat-qat güclüdür. Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə hər an qadir və hazırdır.
Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan təhsil nazirinin müavini Firudin Qurbanov bu tərəqqinin Ordumuzun maddi-texniki təminatının və hərbi qüdrətinin ən yüksək səviyyəyə çatdırılmasını təmin etməyə imkan verdiyini deyib. Bu uğurlu siyasətin, eləcə də ordu quruculuğunun əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan nazir müavini deyib ki, dahi şəxsiyyətin uzaqgörənliyi, zəngin və mükəmməl idarəçilik təcrübəsi sayəsində Azərbaycan qısa müddətdə sürətlə inkişaf edib.
F.Qurbanov 2016-cı ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində olduqca mühüm strateji mövqelərin ələ keçirildiyini bildirib. Qeyd edib ki, məhz Aprel döyüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm qələbə qazanılıb.
Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də geniş qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik əzmini bir daha nümayiş etdirir. Milli Ordumuzun şanlı tarixinə çevrilmiş Aprel döyüşləri xalqımıza qürur hissi və qələbəyə inam bəxş etdi: “Əminəm ki, qısa zamanda Ordumuz işğal altında olan torpaqlarımızı azad edəcək. Bunun üçün Azərbaycan dövlətinin gücü var, istəyi var. Ali Baş Komandan İlham Əliyevin apardığı çox ardıcıl siyasət imkan verəcək ki, qısa zamanda torpaqlarımız düşməndən azad olunacaq”.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani qeyd edib ki, Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan Aprel zəfərinin ikinci ildönümü münasibətlə respublikamızın bölgələrində, eləcə də Silahlı Qüvvələrin bütün birliklərində, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə Aprel zəfərinin qəhrəmanları xatırlanır, şəhid ailələrinə baş çəkilir.
A.Qurbani bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsidir.
Şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə xanım, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam xanım belə tədbirlərin keçirilməsindən qürur duyduqlarını bildiriblər. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkəmizin, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhidlər, qazilər unudulmur və bu gün xalqımız Aprel zəfərinin təkrarlanması arzusundadır. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq.
Sonra tədbir iştirakçıları hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Sonda Aprel döyüşlərində şəhid olanların xatirəsinə hərbi hissənin ərazisində 730 ağac əkilib. Əkilən ağacların arasında əsasən, yerli şəraitə uyğun olan zeytun və Eldar şamına üstünlük verilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

