Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” mövzusunda fotosərgi keçiriləcək

“Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” mövzusunda fotosərgi keçiriləcək

23.05.2018 [09:29]

24 may - 6 iyun 2018-ci il tarixləri arasında keçiriləcək sərgidə 40 ədəd foto nümayiş olunacaq
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən 24 may - 6 iyun 2018-ci il tarixləri arasında Azərbaycan İstiqlaliyyət Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” mövzusunda fotosərgi keçiriləcək.
Sərginin məqsədi Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır. Sərgidə təxminən 40 ədəd foto nümayiş olunacaq.
Sərginin açılış mərasimi 24 may 2018-ci il tarixdə, saat 17:00-da Azərbaycan İstiqlaliyyət Muzeyində (Neftçilər prospekti 49, 3-cü mərtəbə) baş tutacaq. Sərgi 6 iyun 2018-ci il tarixinə qədər davam edəcək.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31