/ / Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrası başa çatıb
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrası başa çatıb
26.05.2018 [07:28]
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən mayın 25-də icra olunub.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 9, 10, 11, 13, 14, 15, 17 saylı və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Altı aylıq övladı olan Gündüz Babayeva azadlığa çıxdığına görə minnətdarlığını bildirərək deyib: “Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamının sayəsində öz balalarıma qovuşuram. Əfv olunduğuma görə çox sevinirəm. Prezident İlham Əliyevə minnətdaram ki, bizə bu sevinci yaşatdı, məni balalarıma qovuşdurdu. Dövlətimizin başçısına çox təşəkkür edirəm”.
Bir daha səhvə yol verib cinayət törətməyəcəyini deyən G.Babayeva bildirib: “Qadınlara tövsiyəm odur ki, heç zaman cinayət əməli törətməsinlər. Qadının yeri cəzaçəkmə müəssisəsi deyil, ailəsinin, uşaqlarının yanıdır. Mən bundan sonra balalarımla bir yerdə xoşbəxt yaşayacağam. Bundan sonra məhkumluq həyatı yaşamamaq üçün bir daha belə səhv etməyəcəm”.
Əfv edildiyinə görə sevincinin həddi-hüdudu olmadığını deyən digər qadın məhkum Samirə Yusubova bütün məhbus qadınlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Dövlətimizin başçısının Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var. Çin vətəndaşı Ci Fenq Ping yüksək humanist addımına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edərək deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bütün azərbaycanlıları təbrik edirəm. Azərbaycanlılar qonaqpərvər, mehriban və dostcanlı insanlardır. Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə əfv edildiyimə görə Prezident İlham Əliyevə minnətdaram”.
Azadlığa çıxan digər şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.
Xatırladaq ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 607 nəfər Sərəncama əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, 11 nəfər isə cərimə cəzasından azad olunub. Əfv olunan şəxslər arasında xarici ölkələrin 39 vətəndaşı da var.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

