/ / Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
08.06.2018 [09:07]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikamızda yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempini, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən nazir bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.
Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edərək bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.
Müşavirədə qeyd olunub ki, dövlət başçısının təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və həmin qanunun tələblərinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də ciddi riayət olunmalıdır. “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı Xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir. Eyni zamanda, bu sahədə tətbiq edilən “ASAN Xidmət” modelinin əmək müfəttişlyi sistemi tərəfindən tətbiqi, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi, “elektron protokol” layihəsinin tətbiqi məqsədəuyğun ola bilər.
Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə əlaqədar təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməli, eyni zamanda, həmin qəzaların qarşısının alınması, ümumən əməyin təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər barədə işəgötürənlərin geniş məlumatlandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin təhlil olunaraq, belə hadisələrin baş verməməsi üçün preventiv tədbirlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq təkliflər verilməsi işləri aparılmalıdır. Bununla yanaşı, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazirlik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqəli, habelə sosial tərəfdaşlarla - həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və həmin fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.
Nazir bildirib ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır və bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb.
Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

