Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Siyavuş Novruzov: “Siyasi partiyalar haqqında” qanuna geniş dəyişikliklərin edilməsinin vaxtı çatıb

Siyavuş Novruzov: “Siyasi partiyalar haqqında” qanuna geniş dəyişikliklərin edilməsinin vaxtı çatıb

13.06.2018 [09:19]

“Siyasi partiyalar haqqında” qanuna geniş dəyişikliklərin edilməsinin vaxtı çatıb. Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dünən parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, qanunun 8-ci maddəsində hansı dövlət strukturlarında çalışanların partiya üzvü ola bilməyəcəyi göstərilir. Onun sözlərinə görə, silahlı qüvvələrdə, hüquq-mühafizə orqanlarında işləyənlərin siyasi partiya üzvü ola bilməməsi düzgündür.
“Amma maliyyə orqanlarının işçiləri, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri nə üçün partiya üzvləri ola bilməz? Həmçinin qanunda qeyd olunur ki, dövlət televiziyasında və dövlət mətbuat orqanında çalışanlar da heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Bu, düzgün yanaşma deyil. Bununla yanaşı, bəzi siyasi partiyaların maliyyə hesabatı vermələrində qeyri-şəffaflıq var, bəziləri isə ümumiyyətlə hesabat vermirlər. Ona görə də bu məsələlər tənzimlənməlidir ki, siyasi partiyalar öz maliyyə hesabatlarını vaxtında həm ictimaiyyətə, həm də müvafiq quruma təqdim etsinlər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31