/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Fələstin nümayəndə heyəti ilə görüş olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Fələstin nümayəndə heyəti ilə görüş olub
29.06.2018 [09:58]
İyunun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fələstinin yerli hökumət nazirinin müavini Məhəmməd Cabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Hicran Hüseynova Azərbaycan ilə Fələstin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Yaxşı Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirdiyi, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş DAYAQ mentorluq layihəsi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq edərək qadınların bələdiyyə idarəçiliyində iştirakının gücləndirilməsi, gender bərabərliyi sahəsində mövcud olan real problemlərin həlli və yerli səviyyədə buna dair qərarların qəbulunda qadınların fəal iştirakına nail olmağa çalışır. Bu görüş həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə təşkil olunub. Komitə sədri qeyd edib ki, Fələstin tərəfini qadınların ictimai-siyasi fəallığı, qadın sahibkarlığı daha çox maraqlandırır və ölkəmiz bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazırdır.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Cümhuriyyət dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququnun verilməsinin 100 illiyi qeyd olunur. Lakin Azərbaycan qadınlarının müstəqilliyi ondan əvvəl də mövcud idi. 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradılıb. Bu uzun müddət ərzində Azərbaycanda çox savadlı xanımlar yetişib. Onlar təhsilli, yüksək peşəkar qabiliyyətlərə malik, bilikli insan olmaqla yanaşı, həm də yaxşı ana olurlar. Bizim GIZ və digər beynəlxalq təşkilatlarla apardığımız işlər çərçivəsində qaçqın və məcburi köçkün qadınlara, müharibədə həyat yoldaşını itirmiş xanımlara dəstək, onlarla mütəmadi iş sahəsində sıx əməkdaşlığımız var. Ölkəmizdə qadınlar arasında sahibkarlığın formalaşdırılması ilə bağlı layihələr həyata keçirmədən öncə kiçik və orta sahibkarlıq barədə araşdırma apardıq. Sonra da azərbaycanlı sahibkar qadınlara maddi-texniki dəstək göstərdik. Nəticədə ölkəmizdə çox maraqlı və gəlirli müəssisələr fəaliyyətə başladı. Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə bu sahədə çox mühüm layihələr həyata keçirilir.
Fələstinin yerli hökumət nazirinin müavini Məhəmməd Cabarin bildirib ki, Azərbaycan dövləti daim Fələstini dəstəkləyir. O, ölkəsində qadınlar üçün yaradılan şəraitdən danışıb: “Bizdə də qadınlar seçir və seçilirlər. Onlar hər yerdə, eyni zamanda, bələdiyyələrdə öz layiqli yerlərini tuturlar. Məqsəd budur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun müdafiəsi məsələsində biz Azərbaycanın təcrübəsindən öyrənirik. Hazırda Fələstin hökumətində rəhbər vəzifələrin iyirmi faizini qadınlar tutur. Ölkəmizdə xeyli qadın bələdiyyə sədri var. Fələstinin digər ölkələrdə səfir kimi fəaliyyət göstərən əksər diplomatları xanımlardır. Fələstin universitetlərində təhsil alan tələbələrin 60 faizini qızlar təşkil edir. Təhsil ocaqlarında çalışanların əksəriyyəti də demək olar ki, qadınlardır. Qadınlar üçün hər iki ölkədə yüksək səviyyədə şəraitin yaradılmasına görə dövlətlərimizin başçılarına minnətdarıq”.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə müzakirələr aparılıb.
Görüşdən sonra Fələstin nümayəndə heyətinin və AQUPDK əməkdaşlarının iştirakı ilə hər iki tərəfin fəaliyyətləri barədə təqdimatlar keçirilib.
Fələstin nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi Azərbaycan Respublikasının dövlət qadın siyasəti, mentorluq təşəbbüsü, qadınların irəli çəkilməsi, qadın sahibkarlığın inkişafı, gender bərabərliyinin təmin edilməsi istiqamətində təcrübənin öyrənilməsidir.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

