Nazir: Yeni məşğulluq portalı işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq
04.07.2018 [10:04]
Məşğulluq və əmək bazarının genişləndirilməsi dünyanın istənilən ölkəsi üçün aktual məsələdir. Azərbaycanda da məşğulluq siyasətinin əhatə dairəsinin genişləndirilməsi, əhalinin ona daha çox cəlb olunması, əmək bazarının keyfiyyətinin yüksəldilməsi istiqamətində silsilə işlər həyata keçirilir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə iqtisadi inkişaf bütün sahələrdə özünü göstərir. Bunun nəticəsində əmək bazarının genişlənməsinə də imkan yaranıb. Sahibkarlığın inkişafı nəticəsində özəl sektorun genişlənməsi ilə vətəndaşların məşğulluq imkanları da gündən-günə artır. Bu sahədə məşğulluq siyasətinin keyfiyyəti, onun əhatə dairəsinin genişləndirilməsi və şaxələndirilməsi, xüsusilə gənclərin, sosial müdafiəyə ehtiyacı olanların əmək bazarına inteqrasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ən yaxşı beynəlxalq standartla belə bir portalın yaradılması, tətbiq olunması üçün müxtəlif tədbirlər proqramları həyata keçirilir. Həmin proqramlar həm Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, həm də Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, bu tədbir də məhz beynəlxalq təcrübənin öyrənilməsi, Dövlət Məşğulluq Xidmətinin potensialının genişləndirilməsi, işçi heyətə təlim və treninqlərin keçirilməsi məsələlərinə həsr olunub. Bu tədbir məşğulluq xidmətlərinin keyfiyyətinin daha da artırılması, onların əlçatanlığının təmin olunması, məhdud qabiliyyətli insanların əmək bazarına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsini öyrənməyə imkan verir.
Nazir yeni yaradılacaq məşğulluq portalı barədə də məlumat verib: “Məşğulluq portalı həyata keçirəcəyimiz əsas islahatlardan biridir. Portalda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumatlar öz əksini tapacaq. İşsiz və ya işəgötürən məşğulluq mərkəzinə getmədən həmin portala girərək öz kvalivikasiyası barədə məlumat daxil edəcək, həmçinin mövcud olan vakansiyalar haqqında məlumat əldə edə biləcək. Portalda iş yerinin ünvanı, iş saatının vaxtı, maaşı və s. barədə məlumatlar da yer alacaq. Eyni zamanda, işəgötürən hər hansı bir ixtisasa malik işçi axtaranda həmin portalda ona lazım olan işçini rahatlıqla tapa, seçə və uyğun bildiyini işə cəlb edə biləcək. İlin sonunadək həmin portalın proqram təminatı hazırlanacaq və orada ölkəmizdə olan işsiz və işaxtaranların hər biri haqqında məlumatlar toplanacaq. Belə bir portalın yaradılması həm bu sahədə şəffaflığın tam təmin olunması baxımından əhəmiyyətlidir, həm də əhatə dairəsinin genişliyi ilə yanaşı, sosial müdafiəyə ehtiyacı olanların, fiziki problemlərlə üzləşənlərin mərkəzlərə gəlməsinə lüzum qoymayacaq. Ən başlıcası, işsizlə işəgötürən arasında birbaşa əlaqə yaradılacaq”.
Nazir qeyd edib ki, məşğulluq portalının gələn ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37

