“Azərbaycanda yəhudilərin həyat tərzi” kitabının təqdimatı olub
05.07.2018 [09:11]
İyulun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in Azerbaijan” (“Azərbaycanda yəhudilərin həyat tərzi”) adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri, mədəniyyətləri, həyat tərzləri, eləcə də Azərbaycan-İsrail münasibətləri haqqında məqalələr yer alıb.
Kitab ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində Milix Yevdayevin dərc edilmiş məqalələrinin toplusundan ibarətdir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycandakı multikultural mühit beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib ki, bu nəşrdə də milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində yaşadığı bildirilir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Qeyd olunub ki, kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın başına gətirilən dəhşətli faciələr haqqında ətraflı məlumat verilir.
Daha sonra kitabın müəllifi Milix Yevdayev çıxış edərək bildirib ki, Azərbaycandakı bütün xalqların nümayəndələri özlərini yaşadıqları ölkənin layiqli vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait, xoş münasibət var. O, kitabında da bu məsələlərin xüsusi qeyd olunduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

