Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Professor Gülçöhrə Məmmədova: İKT-nin tətbiqi yeni binaların tikintisini insan əməyi olmadan mümkün edir

Professor Gülçöhrə Məmmədova: İKT-nin tətbiqi yeni binaların tikintisini insan əməyi olmadan mümkün edir

06.07.2018 [09:32]

İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov iştirak ediblər. Konfransa, həmçinin AMEA-nın müxtəlif institutlarından, ali təhsil müəssisələrindən, Özbəkistandan nümayəndələr qatılıblar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın mövzusunun aktuallığını qeyd edib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda bu cür konfransın keçirilməsi böyük əhəmiyyət daşıyır.
Rektor İKT-nin inşaata tətbiqinin inşaat şirkətlərinin işində yarada biləcəyi üstünlüklər, bu sektorun dövrün çağırışlarına operativ uyğunlaşması üçün yeni üsulların yaratdığı imkanlar və qeyd olunan texnologiyanın tətbiqi vasitəsilə rahatlıq, mobillik və operativliyin artırılması barədə məlumat verib. Qeyd edilib ki, bu gün inşaat sahəsində informasiya texnologiyalarının tətbiqi tikilən yeni binaların, şəhərcik komplekslərinin tikintisini insan əməyi olmadan mümkün edir.
Çıxış edənlər konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun informasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik Telman Əliyevin, özbəkistanlı qonaq İbrahiməli Normatovun mövzu ilə bağlı məruzələri dinlənilib.
İki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31