“Bakcell”in dəstəyilə əlilliyi olan insanlar üçün innovativ 3D protezləri hazırlanacaq
12.07.2018 [09:29]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti əlilliyi olan insanların reabilitasiya imkanları ilə təmin edilməsinə yönəlmiş növbəti innovativ layihəyə start verir.
İnnovasiyaları tək mobil telekommunikasiya sahəsinə deyil, insanların gündəlik həyatına da qatmaq niyyətində olan “Bakcell” “Reabilitasiya Akademiyası” adlı yeni layihənin icrasına dəstək göstərir.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq XXI əsrin ən innovativ texnologiyaları və xüsusilə 3D printerin köməyi ilə daha rahat reabilitasiya vasitələrinin hazırlanması (protez, ortez və digər köməkçi vasitələr) nəzərdə tutulub. Yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
ƏƏSMN-in nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Reabilitasiya Mərkəzinin ekspertləri ilə birgə 3D printerin köməyi ilə mövcud baza protezləri təkmilləşdirilərək yeni 3D protezləri və digər köməkçi qurğuların test variantı istehsal ediləcək, eyni zamanda əl və ya ayağı amputasiya olunmuş insanlar üçün mexaniki protezlər hazırlanacaq. Həmçinin layihə çərçivəsində Uşaq Serebral İflic (USİ) və digər ağır formalı əlilliyi olan uşaqlara köməkçi texniki vasitələrin istehsalı üçün emalatxananın yaradılması nəzərdə tutulub. Burada USİ olan uşaqlara bel və ayaq üçün fiksatorlar düzəldiləcək.
“Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB hazırlanmış protezləri sınaqdan keçirəcək və gələcəkdə onlardan daha geniş istifadə olunması ilə bağlı tədbirlər həyata keçirəcək.
Azərbaycan Respublikasında ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramlarından birini fəal şəkildə həyata keçirən “Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan insanların sosial rifahının yaxşılaşdırılması üçün daim yeni imkanlar axtarır və əlilliyi olan vətəndaşların və xüsusilə də, uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına kömək edə biləcək layihələri və xeyriyyə təşəbbüslərini dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14

