Müstəqil Azərbaycanın inkişaf yolundan bəhs edən kitab - “Sabitlik və rifah naminə siyasət”
27.12.2018 [09:47]
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin “Sabitlik və rifah naminə siyasət” kitabının təqdimat mərasimi keçirilib.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur. “Təhsil” nəşriyyatında çap olunan kitab Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə ithaf edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu kitabda müasir müstəqil Azərbaycan gerçəkliyinin elmi-analitik müstəvidə təqdim edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, nəşrdə müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır. Güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah ölkə rəhbərinin apardığı siyasətin prioritet hədəfləri kimi dəyərləndirilir, dövlətçiliklə siyasi varisliyin təntənəsi konkret faktlar əsasında təhlil olunur. Nəşrdə, həmçinin respublikamızın keçdiyi uğurlu və şanlı inkişaf yoluna, milli dövlətçilik tariximizə ətraflı nəzər salınır.
Professor H.Babaoğlu kitabın tariximizə, elmimizə, cəmiyyətimizə dəyərli töhfə olduğunu deyib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Sabitlik və rifah naminə siyasət” kitabı barədə fikirlərini bildirib, onun geniş araşdırmaların bəhrəsi olduğunu söyləyib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini deyən deputat təqdimatı keçirilən kitabda ölkəmizdə qazanılan uğurların əsaslı faktlarla əksini tapdığını diqqətə çatdırıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyaya tanıdılmasında dahi rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb. Qeyd edib ki, “Sabitlik və rifah naminə siyasət” kitabında ölkəmizdə sabitliyin, rifahın hüquqi əsasları ortaya qoyulub və hüquqi cəhətdən əsaslandırılıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Milli Məclisin deputatı Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Bilik Fondunun sektor müdiri Hacı Abdulla və başqaları kitabın məziyyətlərindən danışıblar.
Kitabda qeyd olunub ki, 1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları və tarixi varislik prinsipləri üzərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı bununla özünün qədim dövlətçilik ənənələrinə sadiqliyini göstərib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması, respublikamızın beynəlxalq nüfuzunun sürətlə artması, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin yorulmaz və gərgin əməyi sayəsində mümkün olub. Ulu öndərin respublikamızda uğurla gerçəkləşdirdiyi məqsədyönlü siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi ətrafında xalqın birliyini möhkəmləndirib, milli dövlətçiliyin hüquqi, iqtisadi və siyasi əsaslarını formalaşdırıb.
Səkkiz fəsildən ibarət kitab Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinin keçirilməsi haqqında Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamlarının mətni ilə başlayır. Fəsillər “Müstəqilliyə aparan yol”, “Dövlətçilikdə uğurlu varislik”, “Tolerantlıq məkanı - Azərbaycan”, “Modernləşməyə aparan iqtisadi islahatlar”, “Sağlam və dayanıqlı inkişaf naminə”, “Milli maraqların təminatçısı”, “Ədalət və mərhəmət ünvanı”, “İntellektual gələcəyə doğru” başlıqları ilə təqdim olunur.
Sonda kitabın müəllifi professor İsaxan Vəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

