Mərkəzi Seçki Komissiyası maarifləndirmə proqramı çərçivəsində Gəncədə seminar-müşavirə keçirib
03.12.2019 [09:41]
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi mövzusunda ilk seminar-müşavirə dekabrın 2-də Gəncədə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltməkdir.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin əməkdaşları, rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovun, Mərkəzi Seçki Komissiyasının üzvləri Bəxşeyiş Əsgərov və İlkin Şahbazovun, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyevin çıxışları dinlənilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu cür seminar-müşavirələrin polis orqanları ilə seçki komissiyaları arasındakı əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Vurğulanıb ki, vətəndaşlarla yanaşı, polis orqanlarında çalışan əməkdaşların da öz hüquq və səlahiyyətlərini bilməsi həm xidməti fəaliyyəti dövründə qarşılaşdıqları bir sıra problemlərin hüquqi və daha operativ həll edilməsinə, həm də ölkəmizdə keçirilən seçkilərin yüksək səviyyədə başa çatmasına şərait yaradır.
Bəxşeyiş Əsgərov çıxışında seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsaslarından danışıb.
Bildirilib ki, bələdiyyə seçkilərinə hazırlıq ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən bu vaxtadək keçirilmiş seçkilərin tarixində müşahidə edilməmiş miqyasda və sayda müxtəlif mövzularda maarifləndirmə tədbirləri keçirilib. Həmin tədbirlərdən biri də daxil olmuş ərizə və şikayətlərə məhkəmə qaydasında baxılması və onların həlli ilə əlaqədar Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Seçki Komissiyasının ekspert qrupu üzvlərinin birgə keçirdikləri seminar müşavirələr olub. Məhz bu mövzuda keçirilmiş tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsində reallaşdırılmış ən mühüm addımlardan biridir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi mövzusunda çıxış edib.
Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov çıxışında seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi haqqında məlumat verib.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

