Ədliyyə Nazirliyi Qlobal Hüquqşünaslar Forumunda təmsil olunub
17.12.2019 [09:45]
Çin Xalq Respublikasının Quançjou şəhərində “Elmi-texniki tərəqqi və hüquqi xidmətlər” mövzusunda Qlobal Hüquqşünaslar Forumu keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın 60-dək ölkəsindən 800-dək nümayəndənin, o cümlədən xarici dövlətlərdən hökumət üzvlərinin, ədliyyə və məhkəmə orqanları rəhbərlərinin, vəkillər kollegiyalarının və digər hüquqşünasların qatıldıqları mötəbər forumda Azərbaycan Ədliyyə nazirinin müavini Toğrul Musayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Açılışda Çinin Ədliyyə naziri, Quandonq vilayətinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri giriş nitqi ilə çıxış ediblər.
Tədbirdə dövlət və özəl sektor tərəfindən hüquqi xidmətlərin göstərilməsi, elmin və informasiya texnologiyalarının bu sahəyə təsiri və s. bu kimi aktual məsələlər müzakirə olunub, forumun yüksək səviyyəli seqmentində təqdimatlar edilib.
Təqdimatla çıxış edən nazir müavini T.Musayev Azərbaycanda rəqəmsal texnologiyaların hüquqi xidmətlərin göstərilməsində və məhkəmə sistemində tətbiqindən danışaraq bu sahədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qanunvericilik və institusional islahatlardan bəhs edib, e-hökumətin yaradılmasını, Azərbaycan brendi olan və təcrübəsi dünyada yayılan “ASAN xidmət”in səmərəli fəaliyyətini qeyd edib.
Həmçinin ölkəmizdə ədliyyə və məhkəmə sistemində tətbiq olunan innovasiyalar və rəqəmsal texnologiyalar - “Elektron məhkəmə” informasiya sistemi, “Mobil məhkəmə”, habelə “Mobil notariat” proqram təminatları, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası barədə məlumat verilib.
Çıxışın mətni və Azərbaycanda “Rəqəmsal texnologiyalar və innovasiyalar”, “Elektron məhkəmə” barədə broşürlər iştirakçılar arasında paylanıb, Azərbaycan təcrübəsi maraqla qarşılanıb.
Səfər zamanı Çinin Ədliyyə naziri Fu Jenghua ilə ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətlərinin inkişafı və bu əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının siyasi iradəsi vurğulanıb, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Sazişin səmərəli implementasiyası və qarşılıqlı səfərlərin faydası qeyd olunub. Çinli nazir azərbaycanlı həmkarına ehtiram və salamlarını çatdırıb.
Həmçinin Forumun əhəmiyyəti qeyd edilərək tədbirin mövzularından olan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə toxunulub, onun Avrasiyanın inkişafı üçün geniş imkanlar açdığı və Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyənlərdən olduğu vurğulanıb.
Tədbir çərçivəsində Özbəkistan, Laos və Mərakeşin Ədliyyə nazirləri, Rusiya və Kambocanın Ədliyyə nazirinin müavinləri ilə də görüşlər keçirilib.
Forumda və ikitərəfli görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri xüsusilə diqqətə çatdırılaraq, BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrinin uzun illərdir icra olunmadığı, həmçinin Ermənistan rəhbərliyinin destruktiv bəyanatlarının münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara mane olduğu vurğulanıb, buna ciddi reaksiya verilməsinin zəruriliyi bildirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Quandonq vilayəti Ədliyyə Departamentinin Hüquqi Xidmətlər Mərkəzinə baş çəkib, qurumun fəaliyyəti, əhaliyə göstərilən hüquqi xidmətlərin dairəsi və ən son informasiya texnologiyalarının tətbiqi ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

