/ / Ombudsman Penitensiar Xidmətin Tərbiyə müəssisəsi və 4 saylı cəzaçəkmə müəssisəsində tədbirlər keçirib
Ombudsman Penitensiar Xidmətin Tərbiyə müəssisəsi və 4 saylı cəzaçəkmə müəssisəsində tədbirlər keçirib
27.12.2019 [10:19]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır. Ombudsman 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə tədbirlər təşkil edib.
Ombudsman Aparatının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, tədbirlərdə Müvəkkil Səbinə Əliyeva, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov, Ombudsman Aparatının məsul əməkdaşları, Penitensiar Xidmətin əməkdaşları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ombudsman Səbinə Əliyeva Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib. Məhkum uşaqlara bayram sovqatı paylanıldıqdan sonra həmin müəssisənin bir sıra obyektlərinə, o cümlədən yaşayış sahəsinə, tibb-sanitar hissəsinə, sinif otaqlarına, kitabxanaya baxış keçirilib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Daha sonra qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib və bayram tədbiri davam etdirilib.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilini salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin edilməsinin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildiyini, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. M.Qafarov cəzaçəkmə müəssisələrində tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Müvəkkil Səbinə Əliyeva iştirakçıları, o cümlədən məhkum qadınları bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib. O, bu müəssisədə Ombudsman olaraq ilk görüşünü keçirdiyini diqqətə çatdırıb, təsisatın məhkumların hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarına, o cümlədən məhkumların hüquqlarına böyük diqqət yetirildiyi vurğulanıb, respublikamızda həyata keçirilən çoxşaxəli islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. Ombudsman əlavə edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğunun səmərəliliyini təmin edən mühüm amillərdən biri dövlətin öz vətəndaşlarına və bütövlükdə ölkə ərazisində yaşayan insanlara münasibətdə humanist yanaşma nümayiş etdirməsidir. Azərbaycanda mütəmadi olaraq əfv sərəncamlarının imzalanmasının, amnistiya aktlarının qəbul olunmasının xüsusi əhəmiyyətə malik olduğunu deyən S.Əliyeva diqqətə çatdırıb ki, ölkəmizdə 1996-cı ildən başlayaraq Əfv Sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu ilin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Müvəkkil diqqətə çatdırıb ki, bu günə qədər ölkəmizdə 11 amnistiya aktı qəbul edilib, 65 Əfv Sərəncamı imzalanıb, nəticədə on minlərlə insan azadlığa qovuşub.
Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, təsisatın fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil qanun pozuntularına bir daha yol verilməməsinin vacibliyini qadın məhkumların diqqətinə çatdırıb, onlara sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.
Tədbir çərçivəsində Müvəkkil müəssisənin bir sıra obyektlərinə, o cümlədən istehsal sahələrinə, gəzinti yerlərinə, kitabxanaya, kluba və digər yerlərə baxış keçirib, bəzi məhkumların müraciətlərini dinləyib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa da baxış keçirilib, onların vəziyyəti diqqətdə saxlanılıb.
Ombudsman Səbinə Əliyeva tərəfindən həmin müəssisələrdəki məhkumlara, o cümlədən körpəsi olan məhkum analara sovqat, şirniyyat və bayram hədiyyələri paylanılıb.
Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı orkestrinin və solistlərinin, Xalq artisti Gülyanaq Məmmədovanın çıxış etdiyi bədii proqramla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19

