“Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı
31.01.2020 [09:36]
Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə “Nar” və “Radio Antenn”in birgə həyata keçirdiyi “Canlı kitab” layihəsi artıq yekunlaşıb. 3 ay müddətində “Radio Antenn” 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb. Yaddaş kartlarına köçürülmüş audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da “Nar”ın dəstəyilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhduyyəti olan şəxslər üçün daha əlçatan olub.
“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. “Canlı kitab” layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki, yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik”.
Qeyd edək ki, 3 ay müddətində “Radio Antenn” 101 FM-in canlı efirində C.London, Q.Q.Markes, G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.C.Paşayev, Ə.Haqverdiyev, İ.Məlikzadə, K.Abdulla və digər yazarların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. “Canlı kitab” layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

