Dövlət Komitəsinin sədri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
28.02.2020 [09:42]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı fevralın 27-də İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik ilə görüşüb.
Səfiri təyinatı münasibətilə təbrik edən Komitə sədri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qonağı Azərbaycandakı dinə dövlət qayğısı, dinlərarası dialoq prosesinə verilən önəm, eləcə də DQİDK-nın fəaliyyəti barədə məlumatlandıran Mübariz Qurbanlı dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi istiqamətində son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycan mühiti üçün gündəlik həyatın gerçəkliyi olan multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hər il Prezident İlham Əliyev tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.
Komitə sədri vurğulayıb ki, ölkəmizdə dini inanclarını, adət-ənənələrini maneəsiz şəkildə həyata keçirən dini konfessiya nümayəndələrindən biri də yəhudilərdir. Ölkəmizdə 8 yəhudi icması, 7 sinaqoq, bir sıra yəhudi məktəbləri, həmçinin “Yəhudi Evi”, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, Yəhudi Mədəniyyət Mərkəzi və bu kimi təsisatlar fəaliyyət göstərir.
Ölkəmizə səfir təyin olunmağından məmnunluğunu ifadə edən Corc Dik Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Diplomat iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib. Azərbaycanı tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsi kimi qiymətləndirən C.Dik dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qubadakı Qırmızı qəsəbə ilə yaxından tanış olduğunu bildirib. Azərbaycanın dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinə sahib ölkə olduğunu söyləyən səfir ölkəmizdə yəhudilərə göstərilən isti münasibət və qarşılıqlı hörmətin onların Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirdiyini, dövlətlər səviyyəsində əlaqələrin möhkəmlənməsinə təsir etdiyini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

