/ / Abutalıb Səmədov: Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir
Abutalıb Səmədov: Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir
05.06.2020 [08:44]
“Koronavirus pandemiyasının başladığı ilk dövrlərdən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və düzgün addımlar atıldı. Əhalinin sağlamlığını qorumaq üçün görülən tədbirlər, müəyyən yaş qrupuna daxil olan insanların evdən çıxmasına qadağanın qoyulması öz səmərəsini verdi. Eyni zamanda, beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə vətəndaşları qorumaq üçün atılan addımlara, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə yüksək qiymət verdi, Azərbaycanın təcrübəsini digər ölkələrə nümunə göstərdi”. Bu fikirləri Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdu: “Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planının həyata keçirilməsinə artıq başlanılmışdı. Lakin insanların bir çoxunun son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranması səbəbindən karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanıb və müvafiq qərarlar qəbul olunub”.
Partiya sədrinin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı da bu istiqamətdə atılmış növbəti addım kimi dəyərləndirilməlidr: “Məlum olduğu kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Hər kəs bilməlidir ki, bu qərar, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Yəni qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili onu deməyə əsas verir ki, vətəndaşlarımızın sadalanan məqamlarla bağlı narahatlığına heç bir əsas yoxdur. Sadəcə, hər birimiz öncə özümüzün, sonra da bütövlükdə cəmiyyətin sağlamlığı naminə qoyulan qadağalara əməl etməliyik. Bir sözlə, hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir”.
Abutalıb Səmədov sonda vətəndaşları sağlamlığımız naminə ictimai məkanlarda, tələb olunan yerlərdə maska taxmağa da çağırıb. Onun sözlərinə görə, dövlət başçısının Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün örnək olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

