/ / Fidan Məmmədova: Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində bir sıra dövlətlərə kömək göstərir
Fidan Məmmədova: Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində bir sıra dövlətlərə kömək göstərir
14.06.2020 [12:43]
“Məlum olduğu kimi, hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə dünya gündəmini zəbt edib. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarət altındadır. Çünki dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabineti yanında xususi Operativ Qərargah yaradılıb və bu təhlükənin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülüb”.
Bu ifadələr Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Fidan Məmmədovaya məxsusdur.
F.Məmmədovanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi koronavirusun geniş yayılmasına qarşı Azərbaycanın apardığı mübarizə metodlarını qiymətləndirərək, respublikamızı bu sahədə nümunəvi ölkə adlandırıb. O deyib ki, koronavirusa qarşı mübarizə istiqamətində dövlətimiz beynəlxalq səviyyədə də öz töhfəsini verir: “Təsadüfi deyil ki, koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Azərbaycanın xüsusi təklifləri beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınır. İndiyə qədər Azərbaycanın təşəbbüsü ilə ölkəmizin üzv olduğu beynəlxalq qurumların videokonfrans formatında bir neçə toplantısı keçirilib. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinə müraciətində təklif edib ki, bütün dünya ölkələrini birləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının COVİD-19 ilə bağlı xüsusi sessiyası keçirilsin”.
“Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, digər dövlətlərə də yardım edir. Belə ki, Azərbaycan öz təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatına 2 dəfə ianə verib. Eyni zamanda, dövlətimiz ÜST xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərib. Bundan əlavə, dövlətimizə müraciət edən 14 ölkəyə Azərbaycan birbaşa humanitar yardım göndərib. Beləliklə, dövlətimiz tərəfindən həm birbaşa, həm də beynəlxalaq təşkilatlar vasitəsilə 29 ölkəyə humanitar yardım göndərilib”,-deyə F.Məmmədova bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

