Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər və İdman naziri bölgələrdən olan yeniyetmə və gənclərlə onlayn görüş keçirib

Gənclər və İdman naziri bölgələrdən olan yeniyetmə və gənclərlə onlayn görüş keçirib

02.07.2020 [09:49]

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov iyulun 1-də İsmayıllı, Cəbrayıl, Ağdam, Qəbələ, Şəmkir, Mingəçevir, Bərdə, Quba, Şamaxı, Lənkaran, Ağcabədi, Siyəzən, Masallı, Gəncə, Göyçay, Lerik, Şəki və Sabirabad şəhər və rayonlarından olan yeniyetmə və gənclərlə onlayn görüşü keçirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, idmanla məşğul olan uğurlu gənclərin daim dövlətin diqqət mərkəzində olduqlarını göstərməklə yanaşı, onlarda idmana, təhsilə marağı daha da artırmaq, karantin dönəmində evdə qaldıqları müddətdə idmandan uzaq düşməmələrinə dəstək olmaqdır.
Nazir A.Rəhimov yeniyetmələrlə görüşdə bildirib: “Heç bir şərait sizinlə ünsiyyətə mane ola bilməz. Bu gün müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın bayrağını zirvələrə ucaldan müxtəlif idman növləri üzrə milli yığma komandaların üzvləri üçün qapalı şəraitdə məşqlərini davam etdirmələri məqsədilə hər cür şərait yaradılıb. Amma əfsuslar olsun ki, yeniyetmələr, gənclər bu gün zallara, idman qurğularına gedib məşq edə bilmirlər. Bu sizin diqqətdən uzaq olmanız demək deyil. Bu gün mən sizi dinləmək, asudə vaxtınızı necə keçirdiyinizi, idmanla necə məşğul olduğunuzu bilmək istəyirəm”.
Hər bir gənclə ayrı-ayrılıqda söhbət etdikdən sonra nazir uşaq, yeniyetmə və gənclərin arzu və istəklərini dinləyib.
Görüş iştirakçıları diqqətinə görə nazirə təşəkkür edib, qazandıqları uğurlar, təmsil etdikləri bölgələrdə idmanın inkişafı, onları narahat edən məsələlərdən danışıblar.
Nazir karantin rejimi başa çatdıqdan sonra görüş iştirakçılarını nazirliyə dəvət edib.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31