Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir
04.07.2020 [09:49]
102-ci ildönümünü qeyd edən daxili işlər orqanlarının əməkdaşları pandemiya şəraitində də vətəndaşların təhlükəsizliyinin qorunması istiqamətində səmərəli və fədakar fəaliyyət nümunəsi ortaya qoyurlar
İyulun 2-də Azərbaycanda polis orqanlarının yaranmasının 102-ci ildönümü qeyd edilib. Məlum olduğu kimi, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illərdəki fəaliyyəti dövründə böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, ölkəmizin hüquq-mühafizə orqanları sovet dövründə də fəaliyyətini davam etdirib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə əldə edib.
Ümummilli Lider Heydər Əliyevin SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi dönəm Daxili İşlər Nazirliyinin tarixinə çox mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ulu Öndər böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq dəf edən nizami qüvvə daxili işlər orqanlarının bölmələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Azərbaycan Respublikası müstəqillik elan etdikdən sonrakı illərdə də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Həmin vaxtdan 2 iyul ölkəmizdə Polis Günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 ilə yaxın müddət ərzində həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının daha da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm xidmətləri ilə seçilir.
Yeri gəlmişkən qeyd edək ki, son aylarda dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizədə də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir, vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır. Buna görə də pandemiya dövründə Azərbaycan polisinin xidmətləri, polis əməkdaşlarının nümunəvi fəaliyyəti yüksək qiymətləndirilir.
Onu da vurğulamaq yerinə düşər ki, polis əməkdaşları pandemiya ilə mübarizə şəraitində xüsusi karantin rejiminin təmin olunması üçün öz peşə borclarını layiqincə yerinə yetirirlər. İctimai asayişi və qanunçuluğu qoruyan polis əməkdaşları əsl fədakarlıq nümayiş etdirir, gücləndirilmiş iş rejimində çalışmaqla yanaşı, sərtl karantin rejiminə nəzarəti yüksək səviyyədə təmin edirlər.
Bir sözlə, hər bir polis əməkdaşı qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmaq, onların həyati problemlərinin həllinə yardımçı olmaq, müraciətlərə həssaslıqla yanaşmaq, habelə qanun-qaydaları pozan şəxslərə qarşı mübarizədə qətiyyət nümayiş etdirməklə mühüm funksiya yerinə yetirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20

