/ / Milli Məclisin deputatı Ağalar Vəliyev goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik edib
Milli Məclisin deputatı Ağalar Vəliyev goranboyluları rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik edib
11.08.2020 [09:30]
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy sakinlərinə rayonun yaradılmasının 90 illiyi münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Azərbaycanın ən böyük rayonlarından biri olan Goranboy rayonunun inzibati ərazi vahidliyi kimi yaradılmasının 90-cı ildönümü tamam olur.
Hazırda 1700, 25 kvadrat kilometr ərazidə 116,9 min nəfər əhalinin yaşadığı, 11 847 məcburi köçkünün məskunlaşdığı, 2 şəhər, 6 qəsəbə və 79 kənddən ibarət olan Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 08 avqust 1930-cu il tarixli qərarı ilə inzibati rayon kimi təşkil olunub.
Zəngin tarixə və qədim ənənələrə malik olan Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynayıb və bəşər sivilizasiyasına öz töhfələrini verib.
Goranboy rayonu Azərbaycan tarixinə “Qarabağnamə” əsərinin müəllifi, tanınmış tarixçi-alim Mirzə Adığözəl bəy, məşhur xalq Qəhrəmanı Alı Adıgözəlov, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə və Poçt-Teleqraf naziri Aslan bəy Səfikürdinski, Sovet İttifaqı Qəhrəmanları Məmməd Məhərrəmov, İdris Süleymanov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova, xalq şairi Nigar Rəfibəyli kimi görkəmli şəxsiyyətləri bəxş edib.
Qarabağ Müharibəsində və erməni işğalçıları ilə sonrakı hərbi əməliyyatlarda goranboylular böyük şücaət göstərib, bu döyüşlərdə 300-dən çox rayon sakini şəhid olub və onlardan 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Goranboy rayonunun sosial-iqtisadi inkişafı istər Sovetlər Birliyi dönəmində , istərsə də müstəqillik illərində Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olub. Ulu Öndərimiz 3 dəfə Goranboy rayonuna səfər edib və rayonun respublikamız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq söyləyib: “Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur”.
Bu gün davamlı inkişaf dövrünü yaşayan Goranboy rayonu təmas xəttinə yaxın həssas bölgə kimi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı ilə əhatə olunub. Təsadüfi deyil ki, dövlət başçısımız Goranboya 7 dəfə səfər edib və rayonun sosial-iqtisadi inkişafına yönələn 22 sərəncam imzalayıb.
Məhz bütün bunların nəticəsidir ki, son illər ərzində Goranboy rayonunda bir sıra infrastruktur layihələri uğurla icra olunub, bir çox sosial təyinatlı obyektlər istifadəyə verilib, rayon ərazisində genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətlərində zəruri tədbirlər görülüb”.
Millət vəkili Ağalar Vəliyev Goranboy rayonunun yaradılmasının 90 illiyi münasibətilə rayon sakinlərinə və seçicilərinə səmimi təbriklərini və xoş arzularını çatdırıb, hər zaman dövlətimizə və dövlətçiliyimizə sadiq olan goranboyluların bundan sonra da doğma Azərbaycanımızın gələcək inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25

