Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi İnstitutu ilə “ABAD” birgə layihə həyata keçirir

Qida Təhlükəsizliyi İnstitutu ilə “ABAD” birgə layihə həyata keçirir

03.09.2020 [17:13]

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “ABAD” publik hüquqi şəxslə birgə yeni maarifləndirici layihəyə start verib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri istehlakçıları maraqlandıran müxtəlif mövzularla çıxış edəcək, “ABAD”-ın dəstək verdiyi qida sahəsində fəaliyyət göstərən abadçılar öz fikirlərini izləyicilərlə bölüşəcək.

Layihənin keçirilməsində məqsəd əhaliyə qida təhlükəsizliyi, eləcə də sağlam qidalanma ilə əlaqədar maarifləndirməkdir.

Layihə çərçivəsində hazırlanmış ilk videoçarxda arıçıları və istehlakçıları maraqlandıran aktual suallardan biri olan “Təbii balı saxta baldan necə fərqləndirmək olar?” mövzusuna aydınlıq gətirilib.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31