Mübariz Qurbanlı: Ölkəmizdə dini maarifləndirmə sahəsində ciddi işlər həyata keçirilib
22.06.2021 [09:27]
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən illər ərzində fəaliyyətini xeyli genişləndirib. Ötən əsrin 90-cı illərinin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin qarşısında çox mühüm vəzifələr dururdu. Bunlar iqtisadiyyat, beynəlxalq münasibətlər, ölkədaxili siyasət, o cümlədən milli-mənəvi dəyərlərimiz və ideoloji fəaliyyətlə bağlı idi. Bu vəzifələr məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri də dövlət-din modelinin müəyyənləşdirilməsi idi. Müstəqilliyini bərpa etmiş Azərbaycanın ilk Konstitusiyasında nəzərdə tutulan 4 əsas prinsipdən biri dünyəvilik idi. Dünyəvilik Azərbaycanda dövlət-din modelinin əsasını təşkil etdi ki, bütün bunlar da Azərbaycanın qanunvericiliyində, o cümlədən dini etiqad azadlığında əksini tapıb. Azərbaycan Konstitusiyasında vicdan azadlığı da təsbit edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı komitənin yaradılmasının 20 illiyi münasibətilə jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, son dövrlər ölkəmizdə dini maarifləndirmə sahəsində ciddi tədbirlər həyata keçirilib. Eyni zamanda, Azərbaycanın dövlət-din modelinin dünyaya örnək kimi çatdırılması istiqamətində bir sıra işlər görülüb. Bundan əlavə, müharibə dövründə ermənilərin müharibəni dini müstəviyə keçirmək cəhdlərinin qarşısını alınmasında Azərbaycandakı dini konfessiyaların nümayəndələri böyük fəallıq göstəriblər.
M.Qurbanlının sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir. İşğalçı ermənilər azad edilən ərazilərdəki bütün dini abidələri demək olar ki, dağıdıblar. 67 məsciddən cəmi 1 məscid qalıb, onu da erməniləşdirməyə çalışıblar. Digər məscidlər yarıdağılmış vəziyyətdə olub və ya tamamilə məhv edilib.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdəki pravoslav kilsələr də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb. Həmin ərazilərdə İslama aid dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən Qafqaz Albaniyasına aid dini məbədlərə Alban-Udi Dini İcmasının nümayəndələrinin səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03

