Kompüter şüası və ya kaktus mifi
27.05.2022 [10:58]
MİKAYIL
Yəqin ki, çox vaxt ev və ofislərdə kompüter önündə qoyulmuş kaktuslara rast gəlmisiniz. İctimaiyyət arasında kaktusların kompüter, cib telefonları və televizorlardan yayılan şüalardan qoruduğuna dair inanc var. Görəsən, yeddi ildən bir gül açan bu tikanlı bitki bizi şüadan necə qoruyacaq? Öz tikanları ilə?
Kaktus şüadan qorumur!
İnancın nə qədər doğru olub olmadığını öyrənmək üçün həkim-radioloq Əli İmanovla söhbətləşdik. Mütəxəssisin sözlərinə görə, kaktuslar şüanın qarşısını almır, bunun heç bir elmi əsası yoxdur: “Kaktus şüanın qarşısını almasa da, insanların əhval-ruhiyyəsinə müsbət təsir edir. Doğrudur, kaktus bütün canlılar kimi müəyyən dərəcədə elektromaqnit şüalarını qəbul edir. Lakin hər birinin öz həddi vardır. Bitkilərin sağ qalması üçün ətrafdakı işığı yəni elektromaqnit şüalanmanı mənimsəyirlər. Ümumilikdə, kaktus çox faydalı bitkidir. Vitamin və mineral baxımından olduqca zəngin olan kaktus bir sıra xəstəliklərin - həzm problemi, şəkər xəstəliyi və s. müalicəsində istifadə olunur. Aparılan araşdırmaların nəticələrinə görə, kaktus yarpaqları xolesterolu aşağı salır, ürək xəstəlikləri riskini azaldır. Antioksidan özəlliyi olan kaktus yarpaqları salata əlavə edə və yaxud da yumurta və pendir ilə omlet hazırlaya bilərsiniz”.
Radioloq qeyd edib ki, kompüterlə işləyən şəxslər kaktus əvəzinə, plazma ekranlara üstünlük verməlidirlər: “Əslində, kompüter qarşısında 3-4 saatdan artıq qalmayın və hər saatdan bir 20 dəqiqəlik fasilə verin. Keyfiyyətli monitordan istifadə edin. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Elektrik alətlərini istifadə etdikdən sonra söndürün. Cihazlar işlək qaldığı zaman elektromaqnit şüaları yayır. Elektrik əşyaları mümkün qədər baş nahiyyələrindən uzaq tutun. Hər bir elektrik əşyasından müəyyən məsafədə uzaq dayanmaq məsləhətdir. Bu məsafə elektron əşyaya görə 2 metrlə 50 santimetr aralığında dəyişir”.
“Pandemiya dövründə insanlar evdən çalışmağa başladılar. Şüaya daha çox məruz qaldıqları üçün kaktus almağa üstünlük verirdilər. Kaktusun şüanı udması ilə bağlı internetdə yayılan xəbərlərə görə kaktus satışlarında son iki ildə artım oldu. Mən güllərin satışı ilə yanaşı, qulluğuna da qalıram. Özüm ixtisasca bioloqam. Kaktusun şüanı çəkməsi ilə bağlı heç bir elmi məqalə ilə tanış olmamışam. Buna baxmayaraq, kaktus digər bitkilərdən fərqli olaraq, şüanı özünə daha çox çəkir. Xüsusilə çox böyük kaktusları qeyd edərdim. Ona görə də bitkinin dibçəyi nə qədər böyük olarsa, şüa udma qabiliyyəti də bir o qədər çox olacaq”,- deyə Məhəmməd Sultanov söyləyib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13

