Tıxaclı Bakı!
16.09.2022 [10:58]
Səbəblər, çıxış yolları və beynəlxalq təcrübə...
Yeganə BAYRAMOVA
Dünəndən etibarən yeni tədris ili başlayıb. Hələ avqust ayından etibarən məktəblərin açılması ilə bərabər paytaxt yollarında tıxacların olacağı və ictimai nəqliyyatlarda insanlar arasındakı sıxlıq yaşanacağı hər kəsə bəlli idi. Məlumdur ki, tıxacların anormal dərəcədə olması paytaxt Bakı üçün əsas problemlərdən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər.
Xatırladaq ki, yeni dərs ili başlamamışdan öncə ictimai nəqliyyatların hərəkətində gecikmələrin olması vətəndaşları davamlı narahat edən, hətta narazılığa səbəb olan amillərdən idi. Çox güman ki, yeni dərs ilinin başlaması bu problemi bir az da dərinləşdirəcək. Avtobuslarda sərnişinlərin normadan artıq olması, dəhşətli dərəcədə sıxlıq isə başqa bir problemi gündəmə gətirir. Bu, koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasıdır. Məlumdur ki, payız ayı respirator virusların daha da aktivləşməsi ilə müşahidə edilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə xəbərdarlıq edib ki, payız mövsümü COVİD-19 infeksiyasına yoluxmanı sürətləndirir. Belə olan halda ictimai nəqliyyatlardakı sıxlıq yoluxmanı sürətləndirəcək digər səbəbə çevriləcək. Hətta vətəndaşlar bəzi avtobuslarda antibakterial vasitələrin yığışdırıldığından, spirtlərin olmamasından şikayətlənirlər. Sərnişinlərin səbrini daşıran digər məqam isə ictimai nəqliyyatlar arasında intervalların çox uzun olmasıdır.
Nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da, qayda-qanun yaratmaq mümkün olmur. İllərdir müşahidə olunan mənzərə bəllidir. Səhər, günorta, axşam avtobuslarda sıxlıq, tıxac...
Tıxaclara səbəb nədir?
Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev paytaxt yollarındakı tıxaclar, sərnişinlər arasındakı sıxlıq, həmçinin avtobuslar arasında nə üçün intervalların çox olduğu barədə “Yeni Azərbaycan”a danışıb. BNA rəsmisinin sözlərinə görə, həm yeni tədris ilinin, həm də payız-qış mövsümünün başlanması yollarda ictimai nəqliyyatların artmasına səbəb olur: “Eyni zamanda, xarici ölkələrə istirahətə gedən, rayonda olan vətəndaşlar artıq geri qayıdıblar. Bununla da paytaxtda sərnişindaşımalarla bağlı tələbat çoxalır. Sərnişindaşımalara artan tələbat fonunda tıxacların olması ictimai nəqliyyatların hərəkətində müəyyən çətinliklər yaradır. Xüsusən də səhər və axşam pik saatlarda yollarda olan nəqliyyat sıxlıqları müxtəlif istiqamətlərdə müntəzəm xətlər üzrə hərəkət edən avtobusların ən azı 15-20, bəzən də daha artıq müddət intervalla gecikmələrə səbəb olur. Bəzən vətəndaşlar ya çağrı mərkəzimizə zəng vuraraq, ya da sosial şəbəkələrdə narazılıqlarını ifadə edirlər. Onlar tələb edirlər ki, avtobus sayı artırılsın. Lakin söhbət avtobusların sayının artırılmasından getmir, çünki avtobus sayı sərnişin tələbatına uyğun olaraq xəttə çıxır. Bu gün yollardakı nəqliyyat sıxlıqları xəttə çıxan avtobusların hərəkətini çətinləşdirdiyi üçün avtobuslar arasındakı intervallarda gecikmələr olur. Əslində avtobusların sayı yetərincədir, sadəcə, tıxaclar avtobusların hərəkətinə mane törədir, bu da gecikməsinə səbəb olur”.
Çıxış yolu...
M.Ağayev tıxaclarla bağlı beynəlxalq təcrübədə istifadə edilən metodlardan da söz açıb. Onun sözlərinə görə, əksər xarici ölkələrdə ictimai nəqliyyatlar üçün xüsusi zolaqlar var və avtobuslar məhz bu zolaqlarda hərəkət edir:
“Avtobusların sayı artarsa və əhatə dairəsi genişlənərsə, o zaman daha çox avtobus zolağına ehtiyac yarandığını görəcəyik. Çünki bu təcrübə xarici ölkələrdə uğurlu olaraq öz səmərəsini verib. Həmin ölkələrdə ictimai nəqliyyatın cəlbediciliyi daha da artıb və insanlar şəhərdaxili səyahətlərini məhz ictimai nəqliyyatla yerinə yetirirlər. Avtobus zolaqlarının olması isə sərnişinlərin vaxta qənaət etməsinə imkan yaradır. Məsələn, əvvəllər ictimai nəqliyyatla 1 saat yol gedirdilərsə, bu zolaqlar olduğu halda müddət 30 dəqiqəyə enə bilər”.
İctimai nəqliyyatlarda dezinfeksiya vasitələrinin nə üçün tapılmadığına gəlincə, M.Ağayev qeyd edib ki, sərt karantin dövründə bütün avtobuslarda dezinfeksiya vasitələri var idi, ancaq bu, vasitələr bir tələb olaraq qoyulmamışdı: “Dezinfeksiya vasitələri sadəcə BNA tərəfindən bir təşəbbüs kimi irəli sürülmüşdü və avotbus daşıyıcıları olan şirkətlərə də bununla bağlı tövsiyələr edilmişdi ki, sərnişinlər əllərini tez-tez dezinfeksiya edə bilsinlər. Bunun üçün xüsusi qablarda təmizlik məhlulu var idi. İndi isə ciddi zərurət olmadığı üçün ictimai nəqliyyatlarda həmin qablardan yoxdur. Vəziyyət sərtləşərsə, o zaman yenidən tələb olaraq yox, sadəcə tövsiyə xarakterli tədbirlər görülə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

