“Avtomobilsiz bir gün”
22.09.2022 [10:49]
G.QABİLQIZI
22 sentyabr dünyada “Avtomobilsiz bir gün” kimi qeyd olunur. Bu günü qeydetmə ənənəsi 1998-ci ildə Fransada yaranıb. O zaman bu günü yalnız bir neçə şəhər qeyd edirdi. 2001-ci ildə isə bu təşəbbüsə artıq 35 ölkənin mindən artıq şəhəri qatılıb.
Ümumdünya avtomobilsiz günündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzi tərəfdarları hamını nəqliyyatdan ümumiyyətlə istifadə etməməyə, piyada gəzməyə çağırır. Məlumdur ki, avtomobil insanın vaxtına qənaət etməklə yanaşı müəyyən çətinliklər da yaratmaqdadır. Buna şəhərlərdə ətraf mühitin çirklənməsi, səs-küyün artması, yollarda tıxacların yaranması, sürücülərlə piyadaların qarşılıqlı anlaşmazlığı aiddir. Ən dəhşətlisi isə avtomobilin insanlar üçün yaratdığı təhlükədir.
Bu da bir reallıqdır ki, günümüzdə avtomobil hər an bizə lazım olur. Xüsusi təyinatlı avtomobillər bu gün öz işlərinə davam edir. Şəhər sakinləri isə şəxsi avtomobillərinin, metro və avtobuslardan istifadə edir və ya velosiped sürərək, piyada gəzərək istədiyi ünvana çatır. Bu asılılıqdan birgünlük qurtulmaq mümkündür, bunun üçün isə avtomobilsiz bir gün keçirmək lazımdır.
Avtomobildən az istifadənin faydaları
Bu gün əhalinin böyük hissəsi avtomobil idarə edir və şəxsi nəqliyyat vasitələrinə sahibdir. Bu, hər bir avtomobil üçün əlavə yer demək olduğundan, insanların yaşayış yerləri xeyli məhdudlaşır və nəqliyyat problemi yaranır. Həyatı asanlaşdırmaq və sürətləndirmək baxımından ən faydalı vasitələrdən biri olan avtomobil vasitəsilə törədilən insan və heyvan xəsarətləri, ölümlər, ətraf mühitin çirkləndirilməsi və səs-küy əhəmiyyətli addımlar atılmayınca şübhəsiz ki, davam edəcək.
Avtomobilin zərərləri başda təbiət və insanlar olmaqla bir çox amillərə təsir edir və heç bir tədbir görülmədiyi təqdirdə qlobal problemlər yarada bilər. Belə ki, avtomobillər insanların həyatını asanlaşdırmaq baxımından çox faydalı alət olsa da, ondan diqqətsiz istifadə ciddi problemlərə gətirib çıxarır. Avtomobilin zərərləri arasında digər element isə onun təbiətə vurduğu ziyandır. Texnologiyanın inkişafı ilə bağlı müxtəlif tədbirlər görülməyə çalışılsa da, bu problemi aradan qaldırmaq üçün hələ də bir həll tapılmayıb. Xüsusilə böyük şəhərlərdə çox daha yüksək nisbətdə yaşanan digər bir avtomobil problemi də səs-küy səviyyəsinin artmasıdır. Avtomobildə siqnallardan istifadə edilməsi yaşanan səs-küyü daha da artırır. Səs-küy isə xəstəxana, məktəb, ibadət yeri kimi səs səviyyəsinin vacib olduğu yerlərdə problem yaradır.
Avtomobildən çox istifadə etmək özü ilə bərabər oturaq həyat tərzini də gətirir. Oturaq həyat tərzi insanın oturarkən və ya uzanarkən etdiyi fəaliyyətlərə aiddir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu dünyada ən böyük ictimai sağlamlıq problemlərindən biri kimi müəyyənləşdirib. Həqiqətən də dünya əhalisinin ən azı 60%-i sağlamlıq üçün lazımi səviyyədə hərəkət etmir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əgər gündə 30 dəqiqədən az və həftədə üç gün davamlı hərəkət etmirsinizsə, oturaq həyat tərzi keçirmiş olursunuz. Bundan əlavə, fiziki fəaliyyətlə məşğul olmamaq oturaq həyat tərzi ilə mübarizə qabiliyyətinizi azaldır. Hərəkətsiz insanlar getdikcə bu vərdişlərdən qaçmaq motivasiyasını itirir və nəticədə passivləşirlər.
Bütün sadalananları nəzərə alaraq avtomobildən daha az istifadə etmək həm özümüz, həm də dünyamız üçün daha faydalı olacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31

