Jurnalistlər üçün güzəştli ipoteka
28.03.2023 [11:03]
Aidiyyəti üzrə müraciət edilməlidir
Nicat Dilqəmli
Ölkəmizdə medianın inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzində saxlanılır. Dövlət başçımız tərəfindən imzalan çoxsaylı Fərman və Sərəncamlar əsasında həyata keçirilən layihələr əsasında bu günə qədər xeyli sayda media işçisi yaradılan şəraitdən istifadə imkanı qazanıb. Mətbuat nümayəndələri üçün nəzərdə tutulan güzəştlərdən biri də jurnalistlər üçün güzəştli ipoteka kreditinin verilməsidir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir. Fərmana əsasən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilib. Əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Bu yeniliyə qədər şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər güzəştli ipotekada yararlanmaq hüququ var idi.
Bundan əlavə həmin maddəyə 3.2.8-ci yarımbənd əlavə edilib:
Bu bənddə də göstərilir ki, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.
Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
Jurnalistlərin onlar üçün yaradılan güzəştlərdən istifadəsi məsələsinə gəlincə isə Medianın İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Səidə Şəfiyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, jurnalistlər bu imkandan yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər: “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Fərmanı ilə jurnalistlərin güzəştli ipoteka kreditindən istifadə edə bilməsi üçün hüquqi əsas yaradılmışdır. Jurnalistlər Qanunvericiliyin tələblərinə uyğun olaraq bu imkandan istifadə məqsədilə aidiyyəti üzrə müraciət edə bilərlər”.
Xatırladaq ki, ötən ilin oktyabr ayından etibarən jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb. Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər nəzərdə tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlərlə ipotekanın təqdim olunmasıdır. Müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriyalarına uyğun olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

