Sülh üçün son şans...
21.08.2024 [10:30]
Ötən il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailin cənubuna qəfil hücumu ilə alovlanan müharibə səngimək bilmir. Müharibənin əhatə dairəsinin genişlənmə ehtimalları da kifayət qədər böyükdür. Xatırladaq ki, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 min, yaralananların sayı isə 92 min nəfəri ötüb.
Atəşkəsin əldə olunmasına daha bir cəhd
Müharibə başlayandan bəri BMT səviyyəsində, eləcə də ABŞ və bir sıra region dövlətləri tərəfindən vaxtaşırı atəşkəsə çağırışlar edilib. Əslində, HƏMAS-ın, İsrailin və vasitəçi dövlətlərin təmsilçilərinin iştirakı ilə bir neçə dəfə danışıqlar aparılıb. Lakin bunlar uzunmüddətli sülh üçün yetərli olmayıb. Razılaşmalar tez bir zamanda pozulub və silahlar yenidən işə düşüb. HƏMAS müqaviməti davam etdirməkdə, İsrail isə qruplaşmanı tamam məhv etməkdə israrlı mövqe sərgiləyirlər.
Belə bir şəraitdə sülh üçün yeni ümidlər yarandı. Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlindəki girovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Vasitəçilərin - Misir, Qətər və ABŞ-nın birgə bəyanatında qeyd olunub ki, danışıqlar “müsbət atmosferdə” keçib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.
Blinkenin İsrailə 9-cu səfəri
Bu arada ABŞ-nin Dövlət katibi Antoni Blinken İsrailə səfər edib. Bu, onun Qəzzada müharibə başlayandan bəri Təl-Əvivə doqquzuncu səfəridir. ABŞ-nın dövlət katibi Qəzza zolağı üzrə danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsə nail olmaq üçün “son şans” adlandırıb.
İsrail mediasının məlumatına görə, Blinken bu fikri Qüdsdə bu ölkənin prezidenti İsaak Hersoqla görüşdə səsləndirib. Antoni Blinken həmçinin avqustun 19-da Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla da görüşüb. ABŞ rəsmisi keçirdiyi görüşlərin nəticələri barədə danışıb. O, Təl-Əvivdə etdiyi çıxışında İsrail tərəfinin ABŞ-nin Qəzza zolağında atəşkəs məsələsində Fələstinin radikal HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş yeni təklifini qəbul etdiyini bildirib. “Bu gün Baş nazir Binyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə təsdiq etdi ki, İsrail fikir ayrılıqlarını aradan qaldırmaq təklifini qəbul edir və dəstəkləyir. İndi HƏMAS da eyni şeyi etməlidir”, - deyə Blinken vurğulayıb.
HƏMAS üçün “blef” danışıqlar
HƏMAS isə Doha danışıqlarını fərqli baxış bucağından dəyərləndirir. Hərəkatın yüksəkrütbəli nümayəndəsi Usamə Həmdan ABŞ dövlət katibi Antoni Blinkenin Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin təmin olunması üçün yenilənmiş təklifi qəbul etmək çağırışını tənqid edib. Həmdən bunu Əl-Cəzirə telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, HƏMAS yalnız Baydenin bir neçə ay əvvəl irəli sürdüyü və razılaşdırılmış təklifin qəbul edilməsini istəyir. İsrail tərəfi isə həmin təklifə daxil olan məsələlərdən imtina edib.
“Netanyahunun yenilənmiş təklifə razılıq verməsi onu göstərir ki, ABŞ administrasiyası onu əvvəlki razılaşmanı qəbul etməyə inandıra bilməyib”, - deyə HƏMAS rəsmisi vurğulayıb. O qeyd edib ki, atəşkəs razılaşması Qəzzada müharibənin bitməsi və İsrail qoşunlarının oradan çıxarılması şərti ilə baş tuta bilər.
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya əs-Sinvar isə Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsini “blef” adlandırıb və bunun yalnız İsrail üçün vaxt gecikdirdiyini iddia edib. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Sinvar hesab edir ki, danışıqların məqsədi İsrailə hərbi planlarını həyata keçirmək imkanı verməkdir. Onun sözlərinə görə, o, İordan çayının qərb sahilindən hücumlar da daxil olmaqla, münaqişənin coğrafiyasını genişləndirməklə Təl-Əvivə təzyiqi artırmaq niyyətindədir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32

