Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər
15.04.2024 [10:48]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Görkəmli Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, böyük töhfələr vermişdir. Ən yüksək insani keyfiyyətlərə malik Zərifə xanım Əliyeva heç kəsi naümüd qoymamış, öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur vermiş, onları dünya işiğından məhrum olmaqdan xilas etmişdir.
Dünya şöhrətli Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir.
12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım 1977-ci ildə tibb elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Bu gün Zərifə xanımın müəllifi olduğu elmi əsərlər, dərsliklər oftalmologiya elminin nadir qaynaq incilərindəndir. Bundan başqa Zərifə xanım Əliyeva çox sayda beynəlxalq mükafatlara və adlara layiq görülmüş və onun səmərəli fəaliyyəti dünyanın tanınmış oftalmoloqları tərəfindən yüksək qiymətləndirilmişdir.
Səhiyyə sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanması məsələsini xüsusi diqqətdə saxlayan Zərifə xanım, bu istiqamətdə böyük və gərgin əmək sərf etmişdir.
Böyük və yorulmaz fəaliyyəti ilə yanaşı Zərifə xanım həm də qayğıkeş Ana, fədakar, sədaqətli ömür-gün yoldaşı olmuşdur. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bu fikirləri söyləmişdir:
“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”
Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

