Göygöl seçiciləri YAP-ın namizədinə səs verəcək
12.08.2024 [22:16]
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək 2024-cü il sentyabrın 1-də növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Göygöl şəhərində şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Göygöl şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirələrini dərin ehtiramla anıblar.
YAP Göygöl rayon təşkilatının qərargahında keçirilən tədbir zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, qədirbilən Azərbaycan xalqının hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduğunu və Yeni Azərbaycan Partiyasının bu günədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib. Partiyanın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edərək qeyd edib ki, ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atılır.
Kamran Bayramov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, deputat seçiləcəyi təqdirdə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə təşviqat qrupunun üzvü Dilarə Qazıyeva, şəhid ailəsinin üzvü Günel Namazova, müharibə iştirakçısı Araz Abbasov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, K.Bayramov həmçinin Göygöl rayonunun Çaykənd, Qarabulaq, Quşçu və Sarısu kəndlərində də seçicilərlə görüşüb.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

