YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat iclası keçirilib
27.02.2025 [17:00]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 10” ünvanlı (ETSN Milli Hidrometeorologiya Xidməti) ərazi partiya təşkilatında 2024-cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib.
İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, təşkilatın əməkdaşları, ƏPT üzvləri iştirak ediblər.
İclasdan əvvəl Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.
Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi, “Heydər Əliyev prospekti 10” ünvanlı ƏPT-nin sədri Nazim Mahmudov açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. N. Mahmudov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.
İclasda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası 33 ilə yaxın müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. E. Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Təşkilat sədri ərazi partiya təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır.
Hesabat məruzəsi ətrafında çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və ƏPT-nin sədr müavini Aybəniz Xəlilova təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü ildə ölkədə keçirilən seçkilərdə fəallığı ilə seçilən üzvlərə Təşəkkürnamə təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

