Mart qırğınları - bəşər tarixinin ən qanlı səhifələrindən biri
04.04.2025 [15:59]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
31 mart tarixi XX əsrdə Azərbaycan xalqının yaşadığı ən dəhşətli faciələrdən biri kimi yadda qalır. 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri bolşevik qüvvələrinin dəstəyi ilə azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətmişlər. Bu hadisələr etnik təmizləmə və soyqırımı xarakteri daşıyır və nəticədə minlərlə dinc insan həyatını itirmişdir.
Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı birləşmələri Bakı və digər bölgələrdə qətllər törətmişdir. Xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və İrəvan quberniyasında kütləvi qırğınlar qeydə alınmışdır. Belə ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində daşnak-bolşevik qüvvələrinin vəhşilikləri nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bu faciələr zamanı insanlar diri-diri yandırılmış, qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla öldürülmüşdür. Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və İrəvanda ermənilər, həmçinin yaşayış məntəqələrini dağıtmış, məscidləri və mədəniyyət abidələrini yerlə-yeksan etmişlər.
Şamaxıda ermənilərin törətdiyi qətliamlar nəticəsində 7 minə yaxın insan öldürülmüşdür ki, onların arasında minlərlə qadın və uşaq olub. Quba qəzasında 4000-dən çox insan qətlə yetirilmiş, 122 kənd tamamilə dağıdılmışdır. 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi məzarlıq aşkar edilmişdir. Burada uşaqların, qadınların və yaşlı insanların qalıqları aşkarlanmış, ekspertiza nəticəsində onların küt alətlərlə xüsusi qəddarlıqla öldürüldüyü sübuta yetirilmişdir.
1918-1920-ci illərdə İrəvan quberniyasında ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilmişdir. 198 kənd dağıdılmış, minlərlə insan öldürülmüş və sağ qalanlar zorla öz torpaqlarından qovulmuşdur.
Xalqımıza qarşı törədilmiş bu soyqırımı faciəsini hüquqi və siyasi müstəvidə tanıtmaq məqsədilə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmandan sonra bu tarixin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyev 31 Mart soyqırımı haqqında qeyd etmişdir: “Xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
2013-cü ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi” açılmışdır. Bu kompleks 1918-ci ilin mart-aprel aylarında Quba və digər bölgələrdə törədilmiş qətliamların tarixi sübutlarını əks etdirən bir abidədir.
2018-ci ildə bu soyqırımın 100 illiyi geniş miqyasda qeyd olunmuşdur. Azərbaycan soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli işlər aparır, beynəlxalq təşkilatlar və xarici ölkələrdə yaşayan soydaşlarımız bu istiqamətdə mühüm addımlar atırlar.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın milli yaddaşında əbədi yer tutan qanlı bir faciədir. Bu hadisələrin beynəlxalq səviyyədə tanınması və qurbanların xatirəsinin daim yaşadılması hər bir azərbaycanlının borcudur.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53

