Azərbaycanın diplomatiya qələbəsi və BMT kürsüsündən dünyaya yayılan mesaj
29.09.2025 [15:59]
BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın diplomatik məktəbinin növbəti təntənəsi kimi tarixə düşdü. Bu çıxış Azərbaycanın yalnız döyüş meydanında deyil, həm də diplomatiya masasında qazandığı qələbələrin rəsmi təsdiqi idi. Dövlət başçısının səsi Nyu-Yorkdan bütün dünyaya yayıldı və beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın ədalətli mövqeyinin nə qədər güclü əsaslara söykəndiyini gördü. Cənab Prezident İlham Əliyev tribunadan xatırlatdı ki, otuz ilə yaxın Ermənistanın işğalı davam etdi, beynəlxalq hüququn norma və prinsipləri tapdalandı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Lakin 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan beynəlxalq hüququn üstünlüyünü öz gücü ilə təmin etdi. Ən önəmlisi isə müharibədən sonrakı mərhələ oldu. Cənab Prezidentin sözləri ilə, “Biz Zəfər müharibəsindən dərhal sonra sülh müqaviləsinə hazır olduğumuzu bəyan etdik.” Bu bəyanat Azərbaycanın diplomatik qətiyyətinin təməlini qoydu. Nəticə etibarilə, masada da Azərbaycan qalib çıxdı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsi paraflandı. ATƏT-in Minsk qrupu kimi köhnəlmiş mexanizmlər birdəfəlik bağlandı. Regionda yeni əməkdaşlıq formatlarının əsası qoyuldu. Azərbaycan diplomatiyasının uğurları yalnız regionla məhdudlaşmır. Onun qlobal miqyasda atdığı addımlar yeni dünya düzənində ölkəmizin çəkisini artırır. Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir. Cənab Prezidentin sözləri ilə desək, “Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yerdədir.” Bu, təkcə iqtisadi deyil, həm də siyasi gücün ifadəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativsiz tərəfdaşa çevrilib. COP29-un Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq etimad qazandığını və qlobal proseslərdə söz sahibi olduğunu göstərir. Burada qəbul edilən “Bakı Maliyyə Hədəfi” iqlim diplomatiyasının tarixi nailiyyəti kimi qiymətləndirilir. Azərbaycan pandemiya dövründə 120 ölkəni birləşdirən təşəbbüslərlə çıxış etdi, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına nail oldu. Cənab Prezidentin BMT kürsüsündən çağırışı da bu liderliyin davamı idi: “Gəlin, ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı bir dünya quraq.” Cənab Prezidentin təşəbbüsü ilə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanın diplomatiya tarixində mühüm dönüş nöqtəsi oldu. Bu gün Türk Dövlətləri Təşkilatı Azərbaycanın güclü diplomatik dayağıdır. Azərbaycan diplomatiyası bu gün regionda yeni siyasi və iqtisadi nizamın formalaşdırıcısıdır. Zəngəzur dəhlizi ideyası, “TRIPP” – Tramp Marşrutu, Orta Dəhlizin güclənməsi, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məhz Bakı diplomatiyasının çevik və uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri Azərbaycanın dünyaya verdiyi mesajdır: müharibə və dağıntılar arxada qaldı, indi quruculuq, inkişaf və sülh dövrü başlanır. Bu, diplomatiyanın qələbəsi ilə hərbi zəfərin vəhdətidir. Azərbaycan diplomatiyasının uğuru həm də iqtisadi göstəricilərdə öz əksini tapır. Bu isə güclü iqtisadi siyasətin və etibarlı diplomatik kursun nəticəsidir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin icrasını dayandırması da diplomatiyamızın tarixi uğurlarından biridir. Bu addım uzun illərin ədalətsiz yanaşmasına son qoydu və Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını təsdiqlədi. Azərbaycan artıq yalnız qalib bir ölkə deyil, həm də qalib diplomatiyanın nümunəsidir. Vətən müharibəsindəki hərbi qələbəmizi diplomatiya masasında möhkəmləndirdik. BMT kürsüsündən səslənən çağırışlarımız isə göstərdi ki, Azərbaycan bu gün yalnız öz hüquqlarını deyil, ümumbəşəri ədaləti müdafiə edən bir gücə çevrilib. Bu qələbə yalnız Azərbaycan xalqının deyil, beynəlxalq hüququn, sülhün və ədalətin qələbəsidir. Azərbaycan diplomatiyası artıq qlobal səviyyədə uğurlar qazanan, yeni dünya düzəninə yön verən bir güc kimi qəbul edilir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

