İtaliya–Azərbaycan əlaqələri çox uğurla inkişaf edir
06.10.2025 [18:25]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan Respublikasına İtaliya Prezidentinin rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan və İtaliya təkcə siyasi və iqtisadi sahədə deyil, həm də mədəni, enerji və humanitar istiqamətlərdə möhkəm, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq əlaqələrinə malikdir.
Azərbaycan–İtaliya münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyevin uzaqgörən xarici siyasət kursu ilə qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, birgə bəyanatlar və enerji əməkdaşlığı sahəsində reallaşan layihələr bu tərəfdaşlığın dərin və davamlı xarakter daşıdığını sübut edir.
İtaliya bu gün Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm hissəsi olan TAP (Trans-Adriatik Qaz Kəməri) vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya çatdırılması enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu, həm İtaliyanın, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, etibarlı və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Azərbaycan və İtaliya münasibətlərini təkcə enerji sektoru ilə məhdudlaşdırmaq olmaz. Mədəniyyət, təhsil, turizm və sənaye sahələrində də əlaqələr ardıcıl olaraq genişlənir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərində fəal iştirak edir. Bu, dost və tərəfdaş ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətinin bariz ifadəsidir.
İki ölkə arasında siyasi dialoq da yüksək səviyyədədir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, sülh və sabitliyin qorunması, regionda əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Prezident İlham Əliyev və İtaliya Prezidenti arasında keçirilən görüşdə bu istiqamətdə atılacaq yeni addımların müzakirə olunması gələcək əməkdaşlığın perspektivlərini daha da genişləndirəcək.
Bu gün rahatlıqla demək olar ki, İtaliya–Azərbaycan münasibətləri artıq sadəcə dostluq münasibətləri deyil, əsl strateji tərəfdaşlıq nümunəsidir. Qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və uzunmüddətli sabit əməkdaşlıq prinsipləri üzərində qurulmuş bu münasibətlər həm regionda, həm də Avropada sabitlik və tərəqqiyə xidmət edir.
Azərbaycanın uğurlu xarici siyasətinin, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və qarşı tərəfin səmimi marağının nəticəsidir ki, bu gün İtaliya ilə Azərbaycan arasında dostluq körpüləri daha da möhkəmlənmişdir.
Beləliklə, İtaliya Prezidentinin Azərbaycana səfəri, hər iki xalqın dostluğunun, qarşılıqlı inam və strateji əməkdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

