Laçınlılar 9 oktyabrda sülhə və əmin-amanlığa səs verəcəklər
03.10.2013 [10:28]
Bu fikirlər Qaradağ rayonu Ümid qəsəbəsində keçirilən görüşdə səsləndirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını laçınlılar da uğurla davam etdirir. Kampaniya çərçivəsində Laçın rayonundan olan seçicilərlə Qaradağ rayonu Ümid qəsəbəsində növbəti görüş keçirilib.
YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü işlərdən danışaraq Onun alternativsiz lider olduğunu deyib: “Ümumiyyətlə, Azərbaycanın son 10 ildəki inkişaf dinamikasına nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, sosial vəziyyətinin daha da yaxşılaşdırılması siyasəti Prezident İlham Əliyevin dövründə uğurla davam etdirilir. Keçən dövr ərzində nəinki şəhərlərdə, eləcə də kənd və qəsəbələrdə sosial-iqtisadi inkişaf sürətləndirilib, abadlıq, quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Ölkəmizdə aqrar-sənaye kompleksini inkişaf etdirmək və ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılıb, torpaq islahatları həyata keçirilib. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Məhz, bu siyasət nəticəsində biz hazırda rahat və firavan şəkildə yaşaya bilirik. Bunları Prezidentimiz bizim üçün, xalq üçün edir. Azərbaycan xalqı hər zaman düzgün qərar qəbul edib. Buna görə də hesab edirəm ki, ölkəsini, dövlətini düşünənlər bundan sonra da öz səslərini qüdrətli Azərbaycana verəcəklər”.
Laçınlılar qarşısında çıxış edən Milli Məclisin deputatı Nazim Fərəcov deyib ki, 10 illik Prezidentliyi dövründə İlham Əliyev Azərbaycanı dünyanın ən öndə gedən, qlobal layihələrə imza atan ölkəsi kimi tanıda bilib: “Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan nəhəng layihələri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr dövlətlər, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurlu nəticələr yeni layihələrin yaranmasına imkan verir. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkdəşdirdiyi layihələrin uğurudur”.
Daha sonra millət vəkili laçınlıları 9 oktyabrda sabitliyə və davamlı inkişafa səs verməyə çağırıb.
Tədbirin sonunda çıxış edən rayon sakinləri də uğurlu və xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

