Füzuli şəhərinin bərpası və yenidən qurulması
15.10.2025 [14:43]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycanın Qarabağ bölgəsində həyatın yenidən canlanması, doğma torpaqlarımızın dirçəldilməsi, dağıdılmış şəhər və kəndlərimizin bərpası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dirçəlişin ən böyük simvollarından biridir. İşğaldan azad olunmuş Füzuli şəhərinin bərpası və yenidən qurulması bu prosesin önündə gedən nümunəvi layihələrdəndir. Bu möhtəşəm yenidənqurma işlərində qardaş ölkələrin, xüsusilə də Qazaxıstan Respublikasının dəstəyi xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Füzuli şəhəri bu gün təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyinə çevrilib. Qardaş Qazaxıstanın bu qədim Azərbaycan torpağında “Qazaxıstan” məktəbinin inşası kimi nəcib təşəbbüsü xalqlarımız arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin bariz təzahürüdür. Bu addım təkcə bir təhsil ocağının yaradılması deyil, eyni zamanda mənəvi körpüdür – iki xalq arasında dostluq, qarşılıqlı hörmət və birliyə xidmət edən tarixi bir simvoldur. Azərbaycan və Qazaxıstan münasibətləri ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın görkəmli dövlət başçısı Nursultan Nazarbayevin müəyyənləşdirdiyi strateji əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Bu gün həmin ənənə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir. Hər iki liderin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir, Türk dünyasında birliyin möhkəmlənməsinə real töhfələr verilir. Füzuli şəhərində Qazaxıstanın dəstəyi ilə həyata keçirilən sosial layihələr, təhsil və mədəniyyət infrastrukturunun bərpası təkcə humanitar yardım deyil, həm də ümumtürk həmrəyliyinin təntənəsidir. Bu təşəbbüslər bir daha göstərir ki, Türk dövlətləri ailəsinin üzvləri təkcə beynəlxalq platformalarda deyil, həm də həyati məsələlərdə – dağıdılmış şəhərlərin dirçəldilməsində, insanların doğma yurdlarına dönüşündə bir-birinin yanında dayanır. Bu gün Füzuli şəhəri müasir memarlıq üslubunda inşa edilən, ağıllı texnologiyalara əsaslanan, yaşıl enerji prinsiplərinə söykənən yeni bir mərkəzə çevrilməkdədir. Burada ucaldılan hər bina, salınan hər küçə azadlığımızın, suverenliyimizin və xalqlarımız arasındakı qardaşlığın simvoludur. Qazaxıstan xalqının bu müqəddəs işdə iştirak etməsi isə Füzulinin taleyində silinməz iz buraxır. Füzuli şəhəri günü təkcə bir coğrafi məkanın bayramı deyil bu, həm də yenidən doğulan Azərbaycan ruhunun, Türk birliyinin və mədəni həmrəyliyin bayramıdır.
Bu münasibətlə Qazaxıstan Respublikasına və bütün qardaş qazax xalqına dərin minnətdarlığımızı bildiririk. Qoy dostluğumuz daim möhkəm olsun, Füzuli kimi şəhərlərimiz isə bu qardaşlığın əbədi rəmzinə çevrilsin!
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

