Nəsimi rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir
03.11.2025 [16:24]
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı və “Caspel” MMC-nin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlamış, Ulu Öndərin və Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Ardınca “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.
Tədbirdə giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri cənab Azər Süleymanov bildirmişdir ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli iradəsinin, Azərbaycan dövlətinin qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin dəmir məntiqinin təntənəsidir. O, şəhidlərin ruhu qarşısında ehtiramını ifadə edərək, Zəfər Gününün hər il böyük qürur və dövlətçilik əzmi ilə qeyd edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulamışdır.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili cənab Hikmət Babaoğlu qeyd etmişdir: “8 noyabr - Zəfər Günü Azərbaycan xalqının ümummilli sevincinin təntənəsidir. Mühüm bir mənəviyyat bayramıdır. Bu siyasi, hərbi bayramdır. Yəni Azərbaycanın ümummilli bayramıdır. Ona görə də bu günun qeyd edilməsi böyük şövq və sevinclə həmişə yadda qalacaq.”
YAP Təftiş Komissiyasının üzvü, millət vəkili xanım Məlahət İbrahimqızı öz çıxışında bildirmişdir ki, Azərbaycan qadınları, anaları bu Qələbədə həm səngərdəki, həm də arxa cəbhədəki fədakarlıqları ilə iştirak etmiş, şəhid analarının mənəvi iradəsi bütöv bir cəmiyyəti ruhlandırmışdır. O, Azərbaycan qadınının dövlətçilik prosesindəki rolunun daha da güclənməsi baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov çıxışında qeyd etmişdir ki, Zəfər Günü dövlət və xalq birliyinin ən ali nümunəsidir və bu birlik ölkəmizin strateji inkişaf kursunda davamlılıq yaradır. O, rayon səviyyəsində aparılan tədbirlərin əsas hədəfinin gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi olduğunu bildirmişdir.
“Caspel” MMC-nin İdarə Heyətinin sədri, Ərazi Partiya Təşkilatının sədri cənab Ceyhun Quliyev çıxışında şirkət və vətəndaş cəmiyyətinin dövlətçilik prosesindəki sosial məsuliyyət rolunu vurğulamış, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə cəmiyyətin fəal dəstəyinin vacibliyini qeyd etmişdir.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri cənab Azər Quliyev isə şəhid ailələrinin sosial müdafiəsi və cəmiyyət tərəfindən daimi qayğı ilə əhatə olunmasının dövlət siyasətinin prioritet istiqamətlərinden biri olduğunu bildirmiş, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır.
Tədbir çərçivəsində 4 oktyabr 2025-ci il tarixində keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, daha sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

