/ / Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır
Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır
05.11.2025 [13:29]
Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonlarından biri kimi aqrar və sənaye bölgəsidir. Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhərindən ibarət olan bu iqtisadi rayonun sahəsi 7330 kv.km-dir və 2020-ci ildən sonra bölgənin iqtisadi həyatında əsil dönüş başlayıb. Həm dövlət, həm də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr bu bölgədə infrastruktur layihələrinin icrası ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, rabitə, ticarət və digər sahələrin ümumi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlavə dəyərin artımını təmin edib. Bu dinamika demək olar ki, adıçəkilən iqtisadi rayonların bütün ərazilərində qeydə alınıb. Xüsusilə də, Laçında inkişaf dinamikası 5 dəfə, Kəlbəcərdə isə 2,1 dəfə, Füzulidə 1,8 dəfə artıb. Qubadlıda iqtisadi artım dinamikası 65 faiz, Ağdamda isə 58 faiz təşkil edib. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki, ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat, Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama isə 568 milyon manat olub. Azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ iqtisadi rayonunda 2024-cü ilin birinci yarısında iş yerlərinin yaradılması da sürətlənib. Belə ki, yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın, 103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Cəmi bir neçə ay əvvəl doğma sakinlərinə qovuşmuş Xocalıda da bir neçə iş yeri yaradılıb. Ümumilikdə, bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir. Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Fərdi sahibkarların böyük bir hissəsi, təxminən 520-si Ağdamda qeydə alınanlardır. Bu rayondakı Sənaye Parkının yaradılması sahibkarların fəaliyyətə başlaması üçün mühüm rol oynamaqdadır. Eləcə də, Füzuli və Kəlbəcərdə də sahibkarlıq subyektlərinin sayı durmadan artır. Bu rayonlarda birlikdə 600-dən çox fərdi sahibkar mövcuddur. Şuşada 61, Xocalıda isə 42 sahibkarlıq subyekti qeydə alınıb. Artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır. Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüfatları yaradılıb. Bütün bu amillər Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxılışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Hazırda bu bölgədə aqrar, sənaye və turizm layihələrinin inkişafı həmin rayonlarda məhsul buraxılışının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş yerlərinin və biznesin fəallığının artması sayəsində bölgənin iqtisadi inkişafında tamamilə yeni mərhələ başlayacaq.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

