44 günün hər günü bir Qələbə, Zəfər günüdür
06.11.2025 [12:55]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də çoxistiqamətli təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun əksər hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi sayılan Şuşa şəhərini işğaldan azad etdi. Bundan əlavə, Ermənistanın tam kapitulyasiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli Bəyanatına uyğun olaraq, noyabrın 20-dək Ağdam rayonu, 25-dək Kəlbəcər rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarıldı.
44 günlük Vətən müharibəsi ən müasir texnologiya və silahlardan, eləcə də hərb sənətinin ən son nailiyyətlərindən istifadə etməklə, yeni əsrin ilk müharibəsi kimi tarixə düşdü. Müharibənin ağır dövründə Prezident İlham Əliyevlə çiyin-çiyinə onun sadiq yoldaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Həlak olanların ailələrinə qayğının ağır yükünü üzərinə götürən birinci xanım, yaralı hərbçilərə və mülki şəxslərə, döyüşlər zamanı zərərçəkmişlərə lazım olan hər cür dəstək göstərirdi.
Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, cəsur Ali Baş Komandan, istedadlı diplomat cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda antiterror tədbirləri də uğurla başa çatdı. Bununla da, dinamik və sürətlə inkişaf edən xalqımızın qürur və mərdliyinə, ölkəmizin birliyinə və parlaq gələcəyinə bütün dünya əmin oldu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız və ümumilikdə bütün xalqımız əzm və iradə, birlik nümayiş etdirirək, düşmənə sarsıdıcı zərbələr vuran vahid yumruq kimi gələcək nəsil üçün fəxarətli tarix yazdıq.
Torpaqlarımız tam azad edildikdən sonra Azərbaycan dövləti bu ərazilərdə "Böyük Qayıdış" proqramını həyata keçirməyə başladı. Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Ağdam kimi şəhərlərdə bərpa işləri geniş vüsət aldı. Yeni yollar, hava limanları, enerji xətləri, məktəblər, xəstəxanalar tikildi. Bu, yalnız fiziki yenidənqurma deyildi – bu, xalqın ruhunun bərpası, dövlətin gələcəyə yönəlmiş strateji baxışının təzahürü idi. Prezident İlham Əliyev qeyd edib ki, "Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək". Bu baxış artıq reallığa çevrilməkdədir. Qarabağda suverenliyin bərpasından sonra Azərbaycan regionda dayanıqlı sülh və əməkdaşlıq gündəliyini irəli sürdü.
Xəbər lenti
Hamısına baxİdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27

