/ / Qaradağ rayonunda "Azərbaycanın suverenliyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda "Azərbaycanın suverenliyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu” mövzusunda dəyirmi masa keçirilib
26.11.2025 [23:32]
2025-ci il noyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Azərbaycanın suverenliyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Türkiyənin TRT kanalının parlament müxbiri Aysel Sadak İltaş, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Lökbatan Bələdiyyəsinin sədr müavini Türkan Məmmədli, “Qarabağ Qaziləri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəsətələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra "Azərbaycanın suverenliyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu” mövzusunda kitab sərgisi və Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanışlıq olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Azərbaycanın suverenliyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilmiş dəyirmi masanın Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə həsr olunduğunu bildirib. Ulu öndər Heydər Əliyevin “Bir millət, İki dövlət” sözlərini sitat gətirən natiq qeyd edib ki, dili, dini və mədəniyyəti bir olan dost və qardaş xalqlarımız tarix boyu çətin günlərdə daim biribirinin yanında olublar. Türkiyənin Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk ölkə olduğunu xatırladan YAP rayon təşkilatının sədri bu qardaş ölkənin ağır günlərdə daim bizimlə olduğunu, işğal edilmiş ərazilərin azad edilməsinə hər cür dəstək verdiyini xüsusi qeyd edib.
Qafar Əliyev xüsusilə gənclərin Azərbaycan-Türkiyə qardaşlığı ilə əlaqədar daha geniş maarifləndirilməsinin vacibliyini qeyd edərək, bugünkü tədbirə Türkiyənin TRT kanalının parlament müxbiri Aysel Sadak İltaşın dəvət olunduğunu bildirib.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov İcra Hakimiyyətinin başçısı adından iştirakçıları salamlayıb. O qeyd edib ki, qədim kökə malik olan qardaş türk xalqlarının son vaxtlar müşahidə edilən yaxınlaşması, Türk Dövlətləri Təşkilatı səviyyəsində atılan addımlar, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin məşvərət görüşlərinə tam hüquqlu üzv kimi qatılması bütün regionun inkişafına mühüm təsir göstərəcək addımlardır.
Sonra çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dünyada eyni kökdən olan bəzi xalqlar arasında hələ də davam edən qarşıdurmalarla müqayisədə Azərbaycan-Türkiyə münasibətlərinin tam qardaşlıq xarakteri daşımasına diqqət çəkib. Millət vəkili bildirib ki, Rusiya-Ukrayna, Cənubi və Şimali Koreya respublikaları arasında yaşanan gərginliklərdən fərqli olaraq Azərbaycan-Türkiyə münasibətləri eyni kökdən olan xalqlar üçün tam nümunə sayılacaq bir səviyyədədir. Müstəqilliyin bərpasının ilk illərində və AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu dostluq və qardaşlıq münasibətləri bir sentimental xarakter daşısa da Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tamamilə yeni xarakter daşımağa başlamışdır. Ulu öndərin türk dövlətlərinə münasibətdə sərgilədiyi böyük siyasi iradə nəticəsində bu gün həmin dövlətlər Türk Dövlətləri Təşkilatı səviyyəsində xalqlarımıza xidmət edəcək yüksək münasibətlər sistemini yaradırlar.
Tədbirdə çıxış edən Türkiyənin TRT kanalının parlament müxbiri Aysel Sadak İltaş iştirakçıları salamlayaraq müəllifi olduğu “İnsan ürəyi ilə Heydər baba” kitabı haqqında geniş məlumat verdi. O, Azərbaycan və Türkiyə xalqlarının könül birliyi ilə bir-birinə bağlandıqlarını qeyd etdi. Ulu öndər Heydər Əliyevlə görüşlərini xatırladan Aysel xanım bu böyük dövlət və siyasi xadimin bir insan kimi sadəliyindən, insanlara yüksək dəyər verməsindən, Türkiyə-Azərbaycan qardaşlığını daim uca tutmasından ətraflı danışdı.
Tədbirdə digər çıxış edənlər: Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, partiyanın gənc fəalları Türkanə Əliyeva və Amin Şamilzadə bildiriblər ki, Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri həm insanlarımızın, həm də dövlətlərimizin daha sıx birləşməsinə təkan verəcək.
Tədbirdə türkiyəli jurnalist Aysel Sadak İltaş Azərbaycan və Türkiyə arasında ictimai-siyasi və mədəni əlaqələrin inkişafında mühüm xidmətlərinə görə YAP Qaradağ rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.
Sonra YAP sıralarına yeni qəbul edilən gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Sonda Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

